Page 1169 - antologiya - poeziya_175x250_Layout 1
P. 1169

Kamran Nÿzirli


                – Bacımoğlu olan kimi atacam! – deyib çadırdan bir xeyli uzaqlaşdı.
                Hardasa uzaqlarda, o çılpaq, alçaq dağların әtәyindә kәndin düz başının
            üstündәki bulanıq buludların arasından ildırım çaxdı; göy elә bil at kimi
            kişnәmәyә başladı. Nimdaş köynәkli kişi “şükür Allaha!” deyib yanındakı
            qudasına elә bil gözaydınlığı verirdi. Abbas kişi isә tәrpәnmirdi, sanki
            bununla demәk istәyirdi ki, yalançı gurultudu, inanma.  Vә o, düz dә
            fikirlәşirdi. Göy cәmi bir dәfә kişnәdi, ildırım cәmi bir dәfә çaxdı vә yenә
            köhnә hamam, köhnә tas. Bürkü. Qara, bulanıq buludlar. Arxın sakit axan
            suları vә qurbağaların qurultusu.
                Çadırın içindәn sәs gәldi. Bu, sәs deyildi, Abbas kişinin gәlininin
            çığırtısı, ufultusuydu. Adamın tüklәrini ürpәdirdi. İçәridәki arvadların sәs-
            küyü dә götürmüşdü alәmi başına. Cavan gәlin mürәxxәs ola bilmirdi.
            Qışqırırdı. Ufuld ayırdı. Arvadlardan biri ona ürәk-dirәk verirdi:
                – Özünü topla, başına dönüm, güc ver dayna! Bir az da... Hә...hә...  593
            Yenә güc ver... Qorxma, gözümün işığı, qorx ma! Allah-taala kömәyin olsun!
            Bir az da güc versәn, azad olazsan! Qadan alım, darıxma, Allah yol açacaq!
                Allah hәlә sәbirliydi, yol açmırdı vә cavan ananın bәtnindәki çağa,
            deyәsәn, dünyaya gәlmәk, azad olmaq istәmirdi! Amma onun yolunu
            gözlәyәnlәr çox idi; bütün qohum-әqraba, qonum-qonşu, el-oba. Vә o,
            dünyaya gәlәn kimi, görәn, nә olacaqdı axı?
                Düz yeddi il idi ki, onun yolunu gözlәyirdilәr vә yeddi il idi ki,
            Mәnzәrin, hәmin o çadırın içindә qovrulan, ufuldayan Mәnzәrin bu işıqsız
            çadırın brezent divarları arasında, bәzәn qupquru, bәzәn buz kimi donuq,
            bәzәn isә nәmiş likdәn çürüntü iyi verәn torpaq döşәmәnin üstündә әrinә
            arvadlıq elәyәn, qayınatası vә qayınanasına gәlinlik elәyәn, qardaşına
            bacılıq elәyәn, anasına övladlıq elәyәn Mәnzәrin – uşağı olmurdu; ötәn qış
            Mәnzәr birdәn-birә dedi ki, özündә dәyişiklik hiss elәyir, başı gicәllәnir,
            ürәyi elә bil ağzına gәlmәk istәyir.
                Mәmmәd, yәni әri, hәmin qәlyan çәkәn Abbas kişinin oğlu, buna
            әhәmiyyәt vermәmişdi, amma Mәnzәrin anası Suğra xala dәrhal mәsәlәni
            anlamışdı. Özünü o yerә qoymamışdı vә demişdi ki, yәqin, “Sana” yağın -
            dandı; ya da o gün gәtirilәn humanitar yardım qarğıdalı yağından. Çünki
            hәmin o qarğıdalı yağını qonşuları Sәkinәgil dә işlәdәndәn sonra özlәrini
            pis hiss elәmәyә başladılar; uşaqlar başladı qusmağa; sәhәrәdәk su içdilәr,
            qatıq içdilәr, qaytardılar. Vә heç kәs bilmәdi ki, bu yağın tәrkibindә nә vardı
            belә?
                Günlәr bir-birini әvәz etdikcә Mәnzәr özündәki sürәtli dәyişikliklәri
            daha tez-tez hiss elәmәyә başladı vә nәhayәt, hamıya gün kimi aydın oldu
   1164   1165   1166   1167   1168   1169   1170   1171   1172   1173   1174