Page 1174 - antologiya - poeziya_175x250_Layout 1
P. 1174

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Azz, buyyy! Bismillah! Bu uşaq niyә belәdi, az?
                        – Buy, başımıza xeyir, Allah, Allah, bu nәdi belә?
                        Babalar vә cavan ata artıq bir yerdә dayana bilmirdilәr. İçәridәki
                    arvadların heyrәtli nidaları babaları lap keylәt mişdi.
                        – Azz, Tәrlan, bu uşağın alnı niyә heylәdi?
                        – Allah, Allah, bunun barmaqları niyә heylәdi, azzz?
                        – Bismillah, buyy, azz, başındakı tüklәr dә ağappaqdı, azz, bu nә işdi?
                    Әdә, Abbas, әdә, Mәmmәd!
                        Bir andaca kişilәr çadırın içinә doluşdular. Hamı arvad ların heyrәtindәn
                    donub qalmışdı.
                        Uşağı ağa bürümüşdülәr; onun saçları lampaların gur işığında ağappaq
                    görünürdü; üzündә vә alnında lap qoca kişilәrinki kimi qırışlar vardı. Xırda
                    gözlәri çuxura düş müşdü. Abbas kişi tәmkinini pozmadı:
              598       – Azz, nolub uşağa, gül kimidi! – dedi. Elә bil pәrdәnin o tәrәfindә
                    heysiz uzanmış gәlininә eşitdirmәk istәyirdi ki, hәr şey yaxşıdı, hәyәcan -
                    lanmasın.
                        Arvadlar, deyәsәn, kişinin eyhamını qanmadılar, yenә heyrәtlә çağaya
                    baxırdılar.
                        Babalar çadırdan çıxdılar; Mәmmәd heç bilmirdi ney lәsin vә o,
                    ömründә belә ipisti doğulan körpә görmәmişdi; ona elә gәlirdi ki, yәqin,
                    elә dünyada bütün çağalar elә belәcә doğulur vә elә bu görkәmdә olur.
                        Ürәyindә isә körpәyә yaraşan ad da fikirlәşdi; ad de yәn  dә ki, lәğәb:
                    Qoca uşaq!
                        Mәmmәd dә çadırdan çıxdı vә onda gördü ki, qonşu çadırlardan
                    adamlar tökülüşüb gәliblәr. Çadırın içinә girib-çıxanlar heyrәt edirdilәr,
                    tәәccüb edirdilәr, deyirdilәr:
                        – Allahın möcüzәsidi!
                        – Uşaq lap qoca kişiyә oxşayır!
                        – Allah özü kömәk olsun, uşaq heç ağlamır!
                        Hәmin yay gecәsi Mәnzәrin bibisioğlu Rizvan da mamaçasız gәlib
                    çıxdı; dedi ki, mamaça Süsәni aparıblar Saatlıdakı çadır şәhәrciyinә. Orda
                    da doğan var! “Qoca kapitan” vә Vidadi dә gәlib çıxdı.
                        Әtraf çadırlarda nә ki qohum-әqraba vardı hamı bur daydı; camaat
                    bilmirdi sevinsin, ya bir-birlәrinә başsağlığı versin.
                        Çünki çadıra girib çıxanların sir-sifәtindәn mәlum olurdu ki, hәlә yer
                    üzündә (onun üzü qara olsun helә!) belә şey olmayıb ki, uşaq anadan qoca
                    doğulsun.
   1169   1170   1171   1172   1173   1174   1175   1176   1177   1178   1179