Page 1177 - antologiya - poeziya_175x250_Layout 1
P. 1177

Möbariz Cÿfÿrli




                                          Gedәn


                         getdi. Qapını bağlayandan sonra divana yayxanıb ayaqlarımı
                        stula uzatdım.  O gedәndә mәnә göz vurub, –  Hәr şey yaxşı
                Oolacaq, – dedi.
                Mәn gülümsündüm.
                İndi köynәyimin döş cibindәn siqaret çıxarıb yorğun-yorğun alış dı ran -
            da vә әyilib jurnal stolundakı külqabını götürüb qasığımın üstünә qo yanda
            düşünürәm ki, gәrәk gülümsәmәyәydim, bir söz deyә bilmәsәm dә, heç ol-
            masa baxışlarımla, sir-sifәtimin ifadәsi ilә cavabını verәydim. Anla malıydı
            ki, az-çox mәnim dә dünya işlәrindәn başım çıxır.
                Son sözü tam vә qәti qәlәbәdәn xәbәr verirdi:
                “Çao”.                                                             601
                Mәn bu kәlmәni o dәqiqә tәrcümә elәdim: “Balqabaq!”
                Әslindә onu “balqabaq”lığıma qeyd-şәrtsiz inandır maq dan ötrü qımış -
            dım.
                O, qapıdan çıxanda divar saatı altını vurdu vә qәfil yadıma düşdü ki,
            Әlәk bәrin köhnә “Moskviç”inә minib kәndimizdәki uçulub-dağılmış dәyir -
            manın yanına gәlәndә mәnim altı yaşım vardı, hәlә mәktәbә getmirdim.
                Әlәkbәr maşını dәyirmanın yanında saxlayanda mәn nәdәnsә, – bura
            haradı? – soruşdum.
                Halbuki uşaqlarla günümüz burda keçәrdi. “Dava-dava”, “әnzәli”
            oynayardıq, gecә-gündüz evdә tapılmazdıq. Gün hamımızı qapqara qaraldıb
            zәnciyә döndәrmişdi.
                Әlәkbәr bığaltı pıqqıldayıb, – Moskvadı bura, – dedi.
                Mәn Әlәkbәrin dediyinә tamam-kamal inandığımı göstәrmәk üçün, –
            Moskvada inәklәrә bax e... – mızıldadım.
                Bu dәfә Әlәkbәr qәhqәhә çәkdi. Evimizdә atamla söhbәtlәşәndә dә
            qәhqәhәsini boğa bilmirdi. “Apardım oğlunu Moskvaya. Moskvadakı
            inәklәri göstәrdim.” O gündәn Әlәkbәrin dәli qәhqәhәsi kәsilmәdi. O
            gündәn Әlәkbәr yuxu nәdi bilmәdi, elә gülә-gülә danışdı, yedi-içdi, gәzib
            dolandı, kәndimizdәkilәr Әlәkbәr dәn gen gәzmәyә başladı, onun sonsuz
            qәhqәhәsi hamını bezdirmişdi.
                Axırda arvadı da baş götürüb getdi vә Әlәkbәr maşı nına minib arvadını
            axtarmağa yollandı, amma tapa bilmәdi.  Әvәzindә Gülgәzin oğlunun şişib-
            iylәnmiş meyitini gәtirib zor-güc maşından saldı dәyirmanın hәyәtinә, sonra
            da qәhqәhә içindә cibindәn tapançanı çıxarıb beyninә tuş ladı.
   1172   1173   1174   1175   1176   1177   1178   1179   1180   1181   1182