Page 1170 - antologiya - poeziya_175x250_Layout 1
P. 1170

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    ki, Mәnzәr, yeddi ilin uşaq hәs rәtlisi artıq hamilәdi. Qarnı böyüdükcә
                    sevinirdi, gah ağlayırdı, gah da qәm li-qәmli durub alçaqboylu dağların
                    әtәyindә görünәn kәndlәrinә tamaşa edirdi.
                        Kәndin düz on kilometrliyindә bizim әsgәrlәr dur muşd u; ermәni
                    әsgәrlәri isә kәnddәydi; kәnd bir qәdәr yük sәklikdә yerlәşirdi; ordan aşağını,
                    düzәngahı görmәk çәtin deyildi. Amma atәşkәsә görә ermәnilәr güllә
                    atmırdılar vә hәm dә onlar atan kimi bizimkilәr dә başlayırdı atmağa.
                        Belәcә bir-iki saat atışandan sonra atәş sәslәri kәsilirdi vә bir dә
                    görürdün tüstü kәndi götürüb başına. Vә, yәqin ki, orda kiminsә ya ot tayası,
                    ya da evi yanıb kü lә dönәndәn sonra bu tüstü әrşә çıxırdı. Camaat danışırdı
                    ki, ermәnilәrin vecinә deyil; onların kәn di deyil ki? Ev-eşiklәri onlar
                    tikmәyiblәr ki, od düşәn kimi tez söndürsünlәr? Vә kәndin boş vә sahibsiz
                    qalmış evlәrinin hansı birinә od düşsәydi aram-aram yanıb kül olacaqdı.
                        Mәnzәrin qardaşı “qoca kapitan” deyirdi ki, ermәnilәr bunu bilә-bilә
              594   edirlәr; bizә yanğı versinlәr, yәni ki, baxın, ay türklәr, sizin tifaqınız
                    gözünüz baxa-baxa od tutub yanır; dağı belә çәkәrlәr ha düşmәnә!
                        Vә hәrdәn bu cәhәnnәm istisiylә bacılaşan cin vururdu, “qoca kapi -
                    tan”ın tәpәsinә, gedib girirdi sәngәrә, әsgәrlәrә deyirdi ki, “adam kişi olar,
                    nә durub baxırsız! Dalınız yoxdu?! Verin bәri avtomatı, özüm gedәjәm!”
                    Bax belә.
                        Mәnzәrgil kәnddәn didәrgin düşәndә özlәriylә heç nә götürә bilmә -
                    miş dilәr vә elә öz canlarını götürüb qaçmışdılar.
                        İlk aylar haralara getmәdilәr; o vaqonda, bu çadırda, o tövlәdә, bu
                    mәktәbin uçuq-sökük binasında yaşadılar; axırda kәndin ağsaqqalları yığılıb
                    sözü bir yerә qoydular, gәldilәr bu düzәngahda yurd saldılar; qaçqınkomdan
                    gәlib dedilәr ki, burda olmaz; heç bir kommunikasiya vasitәsi yoxdu bu-
                    ralarda. Nolsun arxın qırağıdı? Hәm dә ermәnilәrin otuz kilometrliyidi,
                    tәhlü kәlidi. Amma Mәmmәdin atası, hәmin o qәlyan çәkәn Abbas kişi
                    qәtiyyәtli kişiydi vә dedi ki, ya mәnim vә ailәmin meyitini görәcәksiniz, ya
                    da biz burda yurd salacağıq, kәndimizә yaxın olaq. Vә bunu da o ümidlә
                    demişdi ki, bu gün-sabah ermәni lәri qovacağıq, gedib oturacağıq evimizdә.
                    Amma o bu gün-sabah, bu bugün-sabah, oldu düz doq quz il. Vә bu gün bu
                    nöyüt lampasının zәif-zәif işıqlatdığı çadırın içindә qovrulan Mәnzәr
                    yatsaydı yuxusuna da gir mәzdi ki, bir gün o, çadırda bax belәcә, hәkimsiz-
                    filansız, mamasız-mamaçasız uşaq doğacaq. Vә bu uşağı yeddi il gözlәsә
                    dә, yeddi ilin bütün ağrı-acı sı, soyuğu-sazağı, xiffәti-intizarı canına-
                    sümüyünә işlәsә dә, düşünürdü ki, axır ki nәsә olmalıdı, belә qalmaz.
                        Ona görә dә dözürdü; lap bәzәn yemәyә bir şey  tapmırdılar, yenә dә
                    deyirdi ki, ruzu Allahındı, o bilәn mәslәhәtdi. Allahın bildiyi mәslәhәti isә
                    bu çadırdan gizlәtmişdilәr; bu çadıra onun qәtiyyәn dәxli yoxuydu.
   1165   1166   1167   1168   1169   1170   1171   1172   1173   1174   1175