Page 1154 - antologiya - poeziya_175x250_Layout 1
P. 1154

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Qoca özündә deyildi, narahat bәbәklәri gәzib-dolanıb, aradabir yenә
                    qәzәblә kimәsә zillәnirdi… İndi o, sәsini, getdikcә itәn nәfәsini hardansa,
                    altdan – hansısa keçilmәz darısqallıqlardan zorla çәkib gәtirirdi…
                        – …o dәfә dedim axı… dedim, gәlmә… Gәlmә… Gәl mә!.. – inildәyib
                    kimdәnsә gizlәnәntәk, üzünü divara çevirdi, orda lap astadan:
                        – Qorxuram… sәndәn qorxuram… Özün dә bilirsәn, necә qorxuram… –
                    deyib susdu.
                        Vahimәdәn nәfәsimin tәngidiyini hiss edib, Sәidәnin ardınca o biri
                    otağa keçdim.

                                                    * * *
                        ...O axşam qocanın bu son sayıqlamalarının mәnә, yoxsa әmioğlunun
                    dediyi kimi, O dünyadan dalınca gәlәn mötәbәr Elçiyә aid olduğunu nә o
              578   gün, nә dә sonralar; nә mәn, nә dә Sәidә müәyyәnlәşdirә bilmәdik.
                        Qoca sәhәrә yaxın, qәribә, şirin bir mışıltıyla keçindi.
                        O keçinәn zaman otaqda mәndәn başqa hamı yatmışdı. Sәhәrә az
                    qalırdı.
                        Mәn, göz qapaqlarımı ağırlaşdıran yuxunu qaçır maqdan ötrü, bir-
                    birinin ardınca fincan-fincan tünd çay içә-içә, şәhәrlәrarası treylerә sığacaq
                    “tarixi” qovluq qalağının içindә eşәlәnir, burda yazılanların – ayrı-ayrı
                    cümlәlәrin, qeyd vә misraların mәzmunu, әlaqәsizliyi vә qırıqlığı ilә
                    qocanın canüstü sayıqlamalarının davamına, ya әvvәlinә bәnzәdiyindәn
                    heyrәtә gәlirdim… Heç bir mәnası, mәntiqi ardıcıllığı olmayan söz
                    yığnağıyla dolu bu saralmış sәhifәlәr qәribә idi ki, hәm dә bizlәrin
                    anlamadığı hansısa yad әrazilәrdә yaşanan hәdsiz dolu vә ağrılı bir hәyatın
                    mәn zәrәsini yaradırdı...
                        O sәhәr qocanın keçinmәyindәn mәn tamamilә tәsa düfәn, sübhün
                    erkәn çağı hardasa yaxınlıqda xırda kilidә bәnzәr nәyinsә sәliqәli bir
                    çırıqqıltıyla açılmasına, ya bağlanmasına bәnzәr sәsә başımı qaldıranda
                    xәbәr tutdum… Qoca cansız gözlәrini iri-iri açıb üzümә zillәnmişdi...
                        Mәn yatanları oyadıb qocanın keçindiyini xәbәr verәndә gün artıq
                    yuxarıda idi.
                        Sәidә niyәsә daha ağlamırdı, ağappaq bәnizi ilә otaqları gәzib dolaşa-
                    dolaşa, güzgülәrin vә bufetlәrin üzәrinә ağ çәkir, otaqları sәliqәyә salırdı.
                        Әmioğlu bir xeyli qocanın üzü ilә mәşğul oldu. Әvvәl heç cür
                    bağlanmaq istәmәyәn göz qapaqlarını basa-basa, axır ki, yerinә oturtdu,
                    sonra cibindәn çıxardığı dәsmalla çәnәsini bәrk-bәrk çәkib bağladı.
                        Mәsciddәn mafә gәlәnәcәn, mәn çarpayının böyründ әki kәtildә oturub
                    qocanın dәqiqәbәdәqiqә dәyişәn, qanı çәkildikcә mәsumlaşıb gözәllәşәn
   1149   1150   1151   1152   1153   1154   1155   1156   1157   1158   1159