Page 1157 - antologiya - poeziya_175x250_Layout 1
P. 1157

ßlabbas




                                          Gözәl


                       ibimin kәndә qayıtmağı camaat arasında bәrk sәs-küyә sәbәb
                       oldu. Az qala bütün kәnd ondan danışırdı. Yazıq qadın küçәyә
                Bçıxmağa peşman idi, dәrhal xısınlaşma başlayır, bibim gözdәn
            itәnә qәdәr arxasınca tamaşa elәyirdilәr. Qonşumuz Şayәstә xalanın birinin
            dә üstünә beşini qoyub danışanda elәdiyi kimi, onların dәridәn-qabıqdan
            çıxmalarından hiss elәyirdim ki, bibim bu adamların nәzәrindә qorxunc vә
            idbar bir varlıqdır. Amma, әslindә, belә deyildi. Bunu alәmdәn-alәmә hamı
            bilirdi ki, bibimin gözәlliyi bütün әtraf kәndlәrdә dә adla deyilir. Hәlә qız
            vaxtı tay-tuşunun, lap elә ondan böyüklәrin dә bibimә necә bәxtәvәrçilik
            verdiklәrini  indi dә danışanlar az deyil. Küçә-baca bir yana, o heç evdә dә
            bir gün görmürdü. Atamla anam sanki gün-gündәn bu adama qarşı daha     581
            qәddar olurdular. Onlar yarım il, bir il bundan әvvәlki adamlar deyildilәr;
            süfrә başında onu dodaqucu danışdırır, iş görәndә ona hәqarәtlә baxır, söz
            tapmayanda isә hәrәkәtlәrini lağa qoyurdular. Bibim özü dә bunu hiss elәyir,
            amma nәdәnsә susur, heç nә demirdi. O tәkcә mәnimlә ürәklә danışır, yeri
            düşәndә biz öz aramızda hәrdәn bәzi şeylәr barәdә mәslәhәt dә elәyirdik.
            Amma mәn görürdüm ki, bibim günü-gündәn yaz buzu kimi göz önündәcә
            necә әriyir. Bir dәfә o, dükandan qayıdıb gәlәn kimi dәrdinә әlac axtaran
            adam tәkin mәndәn soruşdu ki, niyә axı hәr şey o istәdiyinin әksinә oldu,
            niyә? Mәgәr o günahkardır ki, dünya axmaq adamlarla doludur? Mәn nә
            illah elәdimsә, bibim ayrı heç nә demәdi vә әksәr vaxtlarda olduğu kimi,
            gücünü yenә dә gözlәrinә verdi. Buna oxşar hadisәlәr sonralar dә tәkrar ol-
            undu. Hәmişә deyib-gülәn bu şux qadın әrinin vә bir cüt balasının
            ölümündәn sonra belә olmuşdu. Kәnddә hamı danışırdı ki, çox çәkmәz,
            bibimin başına hava gәlәr. Hәlә onda kәnddә elә bir qapı yox idi ki, bir
            evdәn üç nәfәr Allahın qәzәbinә bir gündә gәlmiş olsun. Heç şöhrәti әtraf
            kәndlәrә yayılmış Seymur әminin könüllülәr batalyonu da –  üç nәfәr dә
            onlardan öldürmüşdülәr – o gün kәndi o qәfil bәladan xilas elәyә bilmәdi.
            O hadisә baş verәn vaxt bibim bizdә idi. Nәsә aparmağa gәlmişdi. Qәfildәn
            adamların fәryadı eşidildi. Sәs kәndin yuxarısından – bibimgilin tәzәcә tikib
            başa gәtirdiklәri ev dә orada idi – gәlirdi. Dәrhal kәnd bir-birinә dәydi.
            Aramsız güllә sәslәrindәn vәlvәlәyә düşmüş adamlar qaçışır, çığırır, qorx-
            unc nalә ilә bir-birini sәslәyirdilәr. Biz evimizin yanındakı tәpәyә qalxanda
            bibimgilin evi artıq od içindә idi. Alovun dillәri az qalırdı göyә çatsın.
            Tәxminәn saat yarımdan sonra bәdxahların hәmişә әyri nәzәrlәrlә süzdüyü
            evdәn bircә qapqara qaralmış divarlar qaldı. Bibimin dizin-dizin sürünә-
   1152   1153   1154   1155   1156   1157   1158   1159   1160   1161   1162