Page 1153 - antologiya - poeziya_175x250_Layout 1
P. 1153

Afaq Mÿsud


                Başım sәhifәlәri ayırmağa qarışmışdı ki, qәfildәn qocanın xırıltı dolu
            sәslә:
                – …Çәkil ordan! Әl vurma onlara!.. – demәsindәn dik atıldım.
                Qocanın gözlәri yumulu idi… lakin ona diqqәt kәsil diyimi necәsә,
            anlayıb sәsini yumşaltdı...
                – …yalvarıram… işin olmasın… – dedi, sonra özünә gәlmiş kimi, ayıq
            tәrzdә. – Axı sәn nә istәyirsәn, bala?.. – deyә әlavә elәdi. Dinmәdiyimi
            görüb bir az da yazıqlaşdı, sәsinin isti yerinә salıb. – Nә istәyirsәn mәndәn?.. –
            dedi vә yorğun-yorğun nәfәs dәrdi…
                Mәn bu “sayıqlamaların” kimә ünvanlandığını anlasam da, işimdәn
            qalmırdım. Mәnә maraqlı gәlәn vәrәqlәri ayırıb bir kәnara yığır, qalanlarını
            qalaqlayıb әvvәlki yerinә – qovluğa qoyurdum.
                …Qoca daha mәnә baxmırdı… yalvarış dolu gözlәrini tavana zillәyib,
            deyәsәn, Allaha yalvarırdı…
                – …elәmә… keç günahımdan… elәmә… Dәymә, ra hat burax mәni…         577
            dәy mә onlara…
                Әmioğlu başını aşağı dikmişdi, cibindәn çıxardığı yekә yaylığını
            gözlәrinә basıb fikrә getmişdi. Özümü bilmәzliyә vurub әmioğludan:
                – O kiminlә danışır?.. – soruşdum.
                Әmioğlu başını qaldırıb üzümә tәlәbkar müәllim ifadәsiylә baxdı:
                – Ona toxunurlar... – deyib üzümә zillәnә-zillәnә qaldı.
                – Kim?..
                – Belә şeylәri bilmәsәn yaxşıdı, bala. Cavansan, nәyinә gәrәkdi? – kişi
            deyib ağlamaqdan qızarmış gözlәrini indi dә pәncәrәdәn görünәn qaranlıq,
            kimsәsiz küçәyә dikdi.
                Mәn ayağa qalxıb kitab rәflәrinin üstündәn bir neçә qovluq da
            götürdüm, gәtirib onları da stolun üstünә düzdüm vә düyünlәrini çәkdim.
                …Heyrәtdәn qollarımdan barmaqlarımın ucunacan soyuq gizilti keçdi.
                Bu qovluqlar da o birilәrindәn idi…
                “…sabahınız xeyir, әziz dinlәyicilәr…” cümlә qırılırdı, o biri cümlә
            sәhifәnin ortasından başlayırdı. “…Sevastopolun qarlı düzәnlәri ilә…” –
            fikir qırılırdı, bunun ardın ca “hәqiqәt dә bu idi… niyә onu buraxmadılar
            ki?..”
                – …әl çәk, deyirәm, sәnә!..
                …Hәr ikimiz qocanın, otağın sakitliyini ağır, köhnә qapı cırıltısına
            bәnzәr cırıltıyla pozan sәsinә dik atıldıq…
                …İndi onun hәr iki gözü açıq idi… rәngi bozarmış bәbәklәri gözlәrinin
            içiylә, tәlәyә düşmüş siçanlar kimi hәrlәnir, elә bil göz almacığından
            sıçramağa yer axtarır dılar…
   1148   1149   1150   1151   1152   1153   1154   1155   1156   1157   1158