Page 109 - antologiya - poeziya_175x250_Layout 1
P. 109

ßliaüa Vahid




               ***

               Demә Mәcnuna dәli, bәlkә dә, Leyla dәlidir
               Eşq olan yerdә bütün aqilü dana dәlidir.

               Saldı Yusif kimi öz sevgilisin zәncirә,
               Qoydu rüsvalıqı alәmdә Züleyxa dәlidir.


               Eşq zincirinin iftadәsi bir mәn degilәm,
               Hәvәsi silsileyi eşq ilә dünya dәlidir.

               Sarılır çiyninә gah qoynuna, gah qamәtinә
               Әjdәhalәr kimi ol zülfi çәlipa dәlidir.
                                                                                    109
               Bir vәfasız gül üçün nalәsi dünyanı tutur,
               Aşiqin qәlbi kimi, bülbülü şeyda dәlidir.


               Bircә Şirin ilә Fәrhada mәzәmmәt yoxdur,
               Vadiyi eşqdә Varmiq dәli, Әzra dәlidir.


               Әl götürmәz bu qara gözlülәrin zülfündәn,
               Hәr yetәn zәnn elәyir Vahidi, guya dәlidir.



               ***


               Hәr aşiqә öz istәdiyi yarı gözәldir,
               Hәr bülbülә öz sevdiyi gülzarı gözәldir.

               İlqarı gözәl olmayanı istәmәz aşiq,
               Can ver elә cananә ki, ilqarı gözәldir.

               Mәn bir ucaboylu gözәlin zülfünә bәndәm,
               Rüxsarı gözәl, şivәsi, rәftarı gözәldir.


               Yüzlәrlә gözәl başqa vilayәtdә dә çoxdur,
               Amma bizim ölkә bütün – elcari gözәldir.
   104   105   106   107   108   109   110   111   112   113   114