Page 113 - antologiya - poeziya_175x250_Layout 1
P. 113

Osman Sarûvÿlli




                           Hәr kim yüz il yaşamasa...


                           Dostum, incә barmaqların
                           Sәdәflәrin üzündәdir.
                           Mәnim meylim bir sazında,
                           Bir dә şirin sözündәdir.


                           Qarayazı meşәsindә,
                           Cavan ovçu hәvәsindә,
                           Qulağın maral sәsindә,
                           Gözün ceyran izindәdir.


                           Tarixi var hәr daşın da,                                 113
                           Tәrlanın on beş yaşında,
                           Bәzәn qarlı dağ başında,
                           Bәzәn Muğan düzündәdir.


                           Baxan kimi sәrraf gözün,
                           Tәmtәraqlı yalan sözün
                           Canı yoxdur, dedin özün,
                           Mәna sözün düzündәdir.


                           Zaya getmәz alın tәrin,
                           Bir gün bitәr şah әsәrin,
                           Arzuların, dilәklәrin
                           Hәlә sәnin gözündәdir.


                           Söz şairin ürәyindә,
                           Zor binanın dirәyindә,
                           Güc pәlәngin bilәyindә,
                           Pәhlivanın dizindәdir.


                           Heç әlinә alma әsa,
                           Yetmişindә batma yasa,
                           Hәr kim yüz il yaşamasa
                           Günah onun özündәdir.
   108   109   110   111   112   113   114   115   116   117   118