Page 115 - antologiya - poeziya_175x250_Layout 1
P. 115

Osman Sarûvÿlli






                           Bu yerlәr


                           Yaxın sirdaş kimi, әziz dost kimi,
                           Qolunu boynuma saldı bu yerlәr.
                           Mәnim bu nisgilim vardı әzәldәn,
                           Oxşayıb könlümü aldı bu yerlәr!

                           Göylәrә uçsam da bağlıyam yenә
                           Әziz doğma yurda, doğma Vәtәnә...
                           Min eldә min nemәt dadmışam, mәnә –
                           Şәkәrdi bu yerlәr, baldı bu yerlәr!
                                                                                    115
                           Aşıq eldәn alır öz nәfәsini
                           Gәldim eşitmәyә elin sәsini;
                           Könlümün dil açan kәmәnçәsini,
                           Zәrif әllәrilә çaldı bu yerlәr!

                           Obanın, oymağın sordum yaşını,
                           Dağlar tәzim edib әydi başını.
                           O dәm alim çatıb qaşını,
                           Dәrin xәyalata daldı bu yerlәr!


                           Vidadi xanlardan görmәdi kәrәm,
                           Vaqifә dağ çәkdi burda min sәnәm.
                           Öldü qoç Koroğlu, öldü xan Kәrәm
                           Sinәsi kәdәrli qaldı bu yerlәr!

                           Kim minir Qazağın dilboz atını,
                           Götürür toyların şal xalatını...
                           Şeirin, sәnәtin mükafatını,
                           Hәr zaman hәr yanda aldı bu yerlәr.
   110   111   112   113   114   115   116   117   118   119   120