Page 120 - antologiya - poeziya_175x250_Layout 1
P. 120

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                    Yadıma düşdü


                                   Başına döndüyüm gülüzlü sona!
                                   Ömrümün ilk çağı yadıma düşdü.
                                   Şairlәr vәtәni bizim tәrәflәr,
                                   Tәrlanın oylağı yadıma düşdü.

                                   Oxuyun qәlbimi dastan içindә,
                                   Ürәk döyünmәzmi astan içindә?
                                   Payızın fәslindә bostan içindә
                                   Şamamanın tağı yadıma düşdü.


                                   Töküldü kağıza sinәmin sözü,
             120
                                   O ana yurdumun ocağı, közü,
                                   Ceyranın duruşu, durnanın gözü,
                                   Kәkliyin ayağı yadıma düşdü.


                                   Hanı at sürdüyüm boranda, qarda?
                                   Gәzdim aşıq kimi min bir diyarda,
                                   Gülüb oynadığım toyda, mağarda,
                                   Qızların qolbağı yadıma düşdü.

                                   Göylәrә baş çәkir Göyәzәn dağı,
                                   Axşam açıq olur ayın qabağı.
                                   Bizim gәlinlәrin bayramqabağı
                                   Fәsәli yaymağı yadıma düşdü.


                                   Sәn bizim ellәrin ruhuna bir bax!
                                   Bizdәn incimәmiş bir әziz qonaq.
                                   Nişanlı qızların görüşdәn qabaq
                                   Telini saymağı yadıma düşdü.

                                   Vurğunun xәyalı gәzdi aranı,
                                   Gözümdә oynadı dağın boranı:
                                   Qışın buz qatığı, yayın ayranı,
                                   Payızın qaymağı yadıma düşdü.
   115   116   117   118   119   120   121   122   123   124   125