Page 125 - antologiya - poeziya_175x250_Layout 1
P. 125

Söleyman Röstÿm




               Gәtirib onları yada, Tәbrizim,
               Baş әymә cәllada, yada, Tәbrizim!

               Sәttar xan, o böyük Sәrdari-milli,
               O atәş ürәkli, o atәş dilli
               Etdi azadlığı ellәrә bәlli…
               Gәl onun yolundan dönmә, Tәbrizim,
               Dalğalan, alovlan, sönmә, Tәbrizim!

               Nә qәşәngdir yol boyunca söyüdlәr,
               Söyüdlәrin kölgәsindә igidlәr
               Babalardan dinlәyirlәr öyüdlәr,
               Coşur damarlarda qanı, Tәbrizim!
               Yoxdur bu mәrdlәrin sanı, Tәbrizim!                                  125

               Atımı yolboyu çapıb sürürәm,
               Hәr keçәn yolçuya salam verirәm…
               Nәlәr eşidirәm, nәlәr görürәm,
               Nәdir bu qaranlıq gecә, Tәbrizim,
               Buna necә dözüm, necә, Tәbrizim?!


               Ağlasan – ağlaram, gülsәn – gülәrәm,
               Yaşasan – yaşaram, ölsәn – ölәrәm,
               Varımı sәninlә yarı bölәrәm…
               Gәl, bir dә üzündәn öpüm, Tәbrizim,
               Başına gül, çiçәk sәpim, Tәbrizim!


               Nәdir o mәnalı, dәrin baxışlar?
               Nәdir gözlәrindәn yağan yağışlar?
               Nәdir qәlbindәki payızlar, qışlar?
               Yetim-tәk boynunu burma, Tәbrizim,
               Mәlul-mәlul baxıb durma, Tәbrizim!


               Sәnin çiçәyinә, gülünә qurban,
               Mәnә qardaş deyәn dilinә qurban,
               Vәtәninә qurban, elinә qurban!
               Baxdıqca hüsnünә, doymayır gözüm,
               Tәbrizim, Tәbrizim, gözәl Tәbrizim!
   120   121   122   123   124   125   126   127   128   129   130