Page 1081 - antologiya - poeziya_175x250_Layout 1
P. 1081

Mÿmmÿd Oruc




                                    Üç gün tayqada


                      entyabrın son günlәrindә Surquta uçmağımın iki sәbәbi vardı:
                      Sibir şairi Dmitri Mizqulinin Bakıda, Azәrbaycan dilindә nәşr
                Solunmuş “Şam” kitabının yüz nüsxәsini kitabın sponsoru
            Şahәmir Kәrimova çat dırmaq vә bu nәşrin Xantı Mansidә  keçirilәcәk
            tәqdimat  mәrasimindә  iş ti rak etmәk. Әlbәttә, içimdә son 50-60 ildә yüz
            minlәrlә azәrbaycanlının mәs kunlaşdığı bu diyarı görmәk, bu yerin insanları
            ilә ünsiyyәt qurmaq vә nә isә yazmaq niyyәtim dә vardı. Amma uçuş
            әrәfәsindә Dmitri Mizqulinin kömәkçisi Roman İvanoviç zәng vurub
            bildirdi ki, Surqutda rus gömrük çülәri tirajı müsadirә  edә bilәr, qanunla
            Rusiya әrazisinә eyni kitabdan yal nız 10 nüsxә keçirmәyә icazә verilir.
            Roman isә bildirdi ki, rus göm rük çüsünü kitabın mәğzi yox, qanun     505
            maraqlandırır. Dәrhal çıxış yolu da göstәrdi: Surquta uçan hәmyerlilәriniz
            Sizә kömәk edә bilәr.
                 Qәfildәn belә bir problemlә üzlәşmәyim ovqatımı korlasa da, “Şam”ın
            on nüsxәsini dә әlavә götürdüm ki, Surquta uçanların arasında hәmyerlimiz
            olsa, ağız açım. Amma mәlum oldu ki, hәmin gün – yәni sentyabrın 17-dә
            Bakıdan Surquta uçanların hamısı azәrbaycanlılardı. Mәnә kömәk edәsi
            insanı tәyyarәnin salonunda tapdım. Bu sarışın nәrmәnazik qadına
            niyyәtimi bildirәndә, bәzilәrindәn fәrqli olaraq razılıq verdi. Dәrhal adını
            da söylәdi:
                – İlhamә!
                 Altısaatlıq uçuş zamanı da necә ola bilәr ki, yanaşı oturduğun insanla
            bir-iki kәlmә kәsmәyәsәn?
                 Mәlum oldu ki, İlhamә xanım 18 il qabaq, 18 yaşında Qubadan
            Surquta gәlin köçüb vә indi Surqutda üç qız böyüdür. Bakıya gәlmәkdә
            mәqsәdi dә bu qızların böyüyünü – gimnastika ilә mәşğul olan vә artıq
            müәyyәn uğurlar qazanan qızının taleyini  Azәrbaycanla,  Azәrbaycan
            idmanıyla bağlamaq olub.
                 Onun on beş yaşlı qızını hansısa idman mәktәbinә minnәtsiz
            götürmüşdülәr vә buna görә çox sevinirdi.
                 Mәn milliyyәtcә lәzgi idmançılarının Azәrbaycan idman alәmindә
            uğurlarını vurğulayanda İlhamә xanım gülümsәdi:
                 – Mәn lәzgi deyilәm ha, – dedi, – kumıkam, sizin kimi türkәm.
                 Hava günәşli, sәma aydın olduğundan, tәyyarәnin aynasından yer üzü
            hәrdәn ovuc içi kimi görünürdü. Üstündәn uçduğumuz nәhrin Ob çayı
            olduğunu kәsdirәndә bildim ki, mәnzilbaşına az qalıb. Elә bu arada
            Surqutda hava durumu da elan olundu: 4 dәrәcә.
   1076   1077   1078   1079   1080   1081   1082   1083   1084   1085   1086