Page 1082 - antologiya - poeziya_175x250_Layout 1
P. 1082

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                         İlhamә xanım ona verdiyim on kitabı gömrük nәzarәtindәn keçirib
                    mәnә tәqdim edәndә mobil telefonunu da söylәdi vә dedi ki, Surqutda
                    gözәllik salonunda işlәyir, böyük adamların xanımları ilә durub-oturur, әli
                    çox yerlәrә çatır, problem olsa, kömәyini әsirgәmәz…
                         Amma daha nә problem ola bilәrdi ki? Telefonla vәdәlәşdiyimiz kimi
                    Nefteyuqanskidә yaşayan qәlәm dostum hәm Rusiya, hәm dә Azәrbaycan
                    Yazıçılar İttifaqının üzvü Knyaz Qoçaq mәni qarşıladı. Özü dә tәk yox,
                    Surqutda yaşayan böyük qardaşı  Balaşirinlә birlikdә.
                         Yeri gәlmişkәn Knyazgil 11 qardaşdılar. Ortancıl – Qruzin mәnim sinif
                    yoldaşım idi. Bacılarının sayını bilmirәm, amma onu bilirәm ki, qardaşlar
                    hamısı – Vahidi çıxmaq şәrtilә – Sibirin müxtәlif şәhәrlәrindә mәskun -
                    laşıblar. Axı nәyә görә? Bir parça çörәkdәn ötrümü? Bu sual bir qәlәm
                    sahibi kimi mәni hәmişә düşündürüb vә düşündürür.
              506        Dmitri Aleksandroviçin bizi Xantı-Mansiy aparmaq üçün Surquta
                    göndәrdiyi maşına әylәşәndә gFündüz saat bir idi vә mәn fikirlәşirdim ki,
                    Xantı-Mansiyә çatana qәdәr Sibirin, oxuduğum kitablara әsasәn, xәyalımda
                    canlandırdığım mәnzәrәlәrinә tamaşa edә bilәcәyәm. Beş saata yaxın yol
                    getmәli idik vә açığını deyim ki, bu yol mәni tez bezdirdi; eynilә bir-birinә
                    bәnzәyәn meşәlәrә, ağaclara nә qәdәr baxmaq olar? Knyaz isә susmaq
                    bilmirdi. Sualları Bakı ilә bağlı idi. Daha doğrusu, Azәrbaycanın әdәbi
                    hәyatı ilә. Aradabir vәtәndaşı olduğu diyarın uğurlarından da söz salırdı.
                    İftixarla deyirdi ki, Rusiyanın xam neftinin 60 faizini onun vәtәndaşı olduğu
                    Yuqra diyarı verir.
                         Yol nişanlarından bilirdim ki, artıq mәnzilbaşına yaxınlaşırıq, amma
                    hәlә bir dәnә dә olsun neft buruğu gözümә dәymәmişdi. Bunun sәbәbi ilә
                    maraqlananda Knyaz:
                         – Burda hәlә bütün quyular fontanla işlәyir, – dedi, – buruğa ehtiyac
                    yoxdur.
                         Sibirin necә zәngin neft yatağı olduğunu, әlbәttә, bilirdim vә onu da
                    bilirdim ki, Sibir neftinin kәşfi azәrbaycanlı geoloq Fәrman Salmanovun
                    adı ilә bağlıdır. Mәrhum qәlәm dostum Sәyavuş Sәrxanlının bu әfsanәvi
                    neftçi haqqında kitabını isә hәlә ötәn yüzilliyin 80-ci illәrindә oxumuşdum.
                    Söz Fәrman Salmanovdan düşәndә Knyaz iftixarla dedi:
                         – Xanti-Mansidә yalnız bir nәfәrә abidә qoyulub – o da Fәrman
                    Salmanova.
                         Vә Knyaz dәrhal bir mәqamı da vurğuladı:
                        – Bu yaxınlarda Surqutda da Fәrman Salmanova abidә qoyulub, – dedi, –
                    özü dә Leyla Әliyevanın tәşәbbüsü ilә…
   1077   1078   1079   1080   1081   1082   1083   1084   1085   1086   1087