Page 1084 - antologiya - poeziya_175x250_Layout 1
P. 1084

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    dә, bu vilayәtdәki azәrbaycanlı iş adamları Knyaza bu diyarda әli qәlәm
                    tutan yeganә azәrbaycanlı kimi xüsusi rәğbәt bәslәyirlәr. Vә mәn bunu hәr
                    addımda duyurdum vә hiss elәyirdim ki, әsas şәrt Knyazın rus dilindә yaza
                    bilmәsi ilә bağlı deyil, necә yazması ilә bağlıdır.
                          Bizi yuxudan  Teyfur Heybәtovun telefon zәngi oyatdı. Şәhәrlә
                    tanışlığa Fәrman Salmanovun abidәsini ziyarәtlә başladıq. Postamentinә
                    tәzә çiçәklәr düzülmüşdü. Görünür, bizdәn azacıq qabaq abidәni ziyarәt
                    etmişdilәr:
                         – Hәr gün belәdi, – Teyfur dedi, – elә gün olmur ki, bu abidәnin
                    ziyarәtinә insan gәlmәsin, milliyyәtindәn asılı olmayaraq, burda hamı onun
                    xatirәsini әziz tutur. Әslindә, bu şәhәr özü onun abidәsidir.
                         Sözün bu yerindә Anarın, Azәrbaycan ictimai-siyasi, әdәbi hәyatının
                    son yüz ilini әhatә edәn “Yaşamaq hüququ” kitabı yadıma düşdü vә bir daha
              508   bu qәnaәtә gәldim ki, bu YAZIda Anarın dünya şöhrәtli azәrbaycanlılar
                    sırasında Fәrman Salmanovdan ayrıca bәhs etmәsi tәsadüfi deyil.
                         Görünür, Teyfur maşını ona görә asta sürürdü ki, mәn onun sevimli
                    şәhәrinin mәnzәrәlәrini gözlәrimә, xәyalıma köçürüm, Knyaz isә yeni özülü
                    qoyulmuş bir sıra tikililәri nişan verib iftixarla deyirdi ki, bunları Teyfur
                    tikir.
                         Yuqrada mamont sümüklәri tapıldığını bilirdim, amma bilmirdim ki,
                    Xantı-Mansinin әn mәnzәrәli guşәsindә mamontların bu torpaqlardakı
                    hәyatını әks etdirәn tәbii qoruq yaradılıb. Çoxdan nәsli kәsilmiş filә bәnzәr
                    bu heyvanın hәyat tәrzi tәsvirә gәtirilib.
                         Qoruğa çatmamış, Teyfur maşını asfaltdan çıxarıb torpaq yola saldı
                    vә bir daha biz yeni tikili ilә üz-üzә qaldıq. Bu binanın inşasında ağacdan
                    başqa, heç bir tikinti materialı işlәdilmәmişdi, hәtta mismar da.
                         – Bu, mәnim axırıncı layihәmdi, – Teyfur dedi, – hamam olacaq…
                        Soruşdum:
                         – Fin hamamı?
                         – Yox, rus hamamı, açıq havada çәllәklәr dә qoyulacaq.
                         Knyaz da müdaxilә etdi:
                         – İndi hamının evindә hamam var, yәni, bu, xeyir verәcәk?
                         – Söhbәt xeyirdәn getmir, hamam mәdәniyyәt, sağlamlıq rәmzidi, –
                    Teyfur dedi vә mәn dә astadan mәşhur bayatının bir beytini xatırladım:
                    “Tikmirәm, özüm qalam, tikirәm izim qala.” Knyaz da sözümә qüvvәt
                    verdi: әsas iz qoymaqdı, iz cığıra çevrilir, sonra da yola…
                         Meşәdәn çıxan yolla İrtışın, sahilinә ala-bәzәk qayıqlar pәrçimlәnmiş,
                    bәyaz qumlu körfәzlәrindәn birinә gәldik. “Mersedes”in sükanı arxasından
   1079   1080   1081   1082   1083   1084   1085   1086   1087   1088   1089