Page 1029 - antologiya - poeziya_175x250_Layout 1
P. 1029

Mþvlud Söleymanlû


                Mәdәt qışqırdı:
                – Oğlun İsmayıl gәldi, muştuluğumu ver, ay Hürü nәnә!
                Hürü qarının dizlәri qatlandı. Gәlin-qız hamısı elә bil du mana büründü.
            Mәdәt dә birdәn-birә necә gәlmişdisә, elә cә dә yox oldu, Hürü qarı gәrmә
            qalağının dibinә çökdü, özündәn getdi...
                ...Bir azdan İsmayıl Hürü qarını qucağına götürmüşdü. Kövrәlә-
            kövrәlә gülürdü:
                – Atam-anam, ay ana, noldu sәnә, gәlmişәm, neylә di yindi, bir belә
            gözlәyibsәn?!
                Hürü qarı aradabir özünә gәlirdi, hıçqırırdı. Bacıları İsmayılın
            ayaqlarını qucaqlayıb ağlayırdılar, hamı gözüyaşlı gülümsәyirdi. Yaşlılarsa
            Mәdәti danlayırdılar:
                – İlin bu vaxtında muştuluq gәtirәndә dә gözlәyin, oğul, ürәk fağır
            neylәsin, dәrdә yenә birtәhәrliknәn dözür, be lә sevinclәrәsә dözmür hәrdәn,  453
            ehtiyatlı olun, gözlәyin!
                Hürü qarı özünә gәlmişdi. İsmayılın boynunu qucaq la yıb ağlayırdı.
            Heç kim sakitlәşdirә bilmirdi. Mәdәt peş man çılıq çәkirdi, uşaqların
            hamısına da qәribә gәlirdi ki, Hü rü qarı niyә sevinmir, sevinә bilmir?
                Hürü qarının әlindә-ovcunda bәslәdiyi qoçu muştuluğa kәsdilәr.
            Uşaqlar qatara düzüldülәr. Mәhәmmәd baba bar ma ğını qoçun qanına batırıb
            bir-bir uşaqların alnına xal vur du:
                – Muştuluq qanıdı, – dedi, – a bala, gәl, alnında gәzdir, dә dәn gәlsin,
            sәnin dә dayın gәlsin, oğul, sәnin dә әmin gәl sin, qızım!
                Hamısının da bir-bir könlünü aldı. Sonra Bәyalı kişinin sazı dördüncü
            kәrә köynәyindәn çıxdı, el havası çaldı, oxu du.
                Telli qarı da әsasına söykәnib gәldi, İsmayıl yerindәn qalxıb ona sarı
            getdi. Telli qarı İsmayılın üzündәn-gözündәn öpdü. İçini çәkә-çәkә dedi:
                – Qaraltınıza qurban olum, әr igidlәrim, ürәyimizin ya ğın әritdi bu beş
            il. Torpaq götürmәyәcәk pis adamı. Bi zim uşağı görmәdinmi bә? Niyә bir
            yerdә gәlmәdiz? Dilim-ağ zım qurusun, bir xәta-zad dәyәr uşağa. Bir yerdә
            qa yı  d aydınız dayna!
                İsmayılın kürәyindәki qәlpә yarası sızıldadı, göynәdi. İstәdi  Telli
            qarıya bir söz desin, udqundu, bir şey düzәldib deyә bilmәdi. Bәyalı kişi
            sazı dillәndirdi, yorğun, ağır sәslә oxudu:

                       Nә yatıbsan, dәli könlüm,
                       Oyan, yar gәldi, yar gәldi.

                İsmayıl tәzәdәn kövrәldi, burnunun ucu göynәdi. İsma yılın
            sümüklәrindәn hәlә dә sәksәkә getmәmişdi. Hәlә dә elә bilirdi ki, indicә
   1024   1025   1026   1027   1028   1029   1030   1031   1032   1033   1034