Page 1027 - antologiya - poeziya_175x250_Layout 1
P. 1027

Mþvlud Söleymanlû




                                  Payız muştuluqları


                        әndin bütün itlәri Tapdığı tanıyırdı. Ona görә dә Tapdıq bütün
                        evlәrә ev yiyәsi kimi gedirdi. Kәn din poçtalyonu idi. Qabaqlar
                Kadına Әyri Tapdıq deyәrdilәr. Dava başlayandan sonra elәcә
            Tapdıq dedilәr. Bir arıq atı var idi. Gün yerindәn oynayanda minib qonşu
            kәndә poçta gedirdi. Kimi xeyirliyә çağırsaydı, düz qapılarına gedәrdi.
            Xeyir olmasaydı, uzaqdan-uzağa sәslәyәrdi:
                – Ay Yasәmәn, Ay Hürü, ay Bәsti...
                Evdәn-evә xәbәr yayılardı ki, Tapdıq filankәslәri çağı rırdı, özü dә
            xeyirә deyildi.
                1946-cı ilin aydın bir payız sәhәri açılmışdı. İl bәrәkәtli gәlmişdi,
            torpağın dırnağının gözünә kimi var-dövlәt idi. Uşaqların irzindәn-    451
            rәngindәn bilinirdi ki, evlәrdә buğda çö rәyi bişir. Vaxtlı-vaxtında bacalar
            tüstülәnirdi.
                Bәyalı kişinin sazı köynәyindәn çıxmışdı. Uşaqlar sevinә bilirdilәr.
            Amma hәlә dә anlaya bilmirdilәr ki, dava nә olan şeydi. Nәnәlәr ağlayanda
            qız nәvәlәri dә ağlayırdı, oğlanlarsa burunlarını çәkirdilәr.
                Elә hәmin payız sәhәrinin birindә Tapdıq şofer Vәlinin qapısını döydü.
            İçәri keçdi. Şofer Vәlinin arvadı ocaq qa layırdı. Od düşmәmiş ocağın
            tüstüsündәn gözlәri yaşar mış dı. Qapı açılan kimi başını qaldırdı, yaşarmış
            gözlәri ilә qa pıya baxdı. Tapdığı görәn kimi gülümsәdi, bildi ki, xeyir di,
            dedi:
                – Vәli inәyi naxıra aparıb, indi gәlәr, otur. Köynәyini niyә gәtirmәdin
            suya çәkәydim, ay Tapdıq, bu nә üst-başdı, belә?
                Tapdığın çiyinlәri ağırlaşdı. Cavab verә bilmәdi, elә onu dedi ki, Vәliyә
            de, sәdr çağırır.
                Ocaq odlanmışdı. Tәzәyin yanıq iyi evi götürmüşdü. Tapdıq tez-tez
            fikrindәn keçirәrdi, fikirlәşәrdi ki, evlәnәrәm, şofer Vәlinin evi kimi bir ev
            tikdirәrәm. Deyәrlәr: o tüstü çıxan da Tapdığın evidi, hәmişә dә bunları
            fikirlәşәndә şofer Vәlinin ocağının iyini xatırlayırdı.
                Qapıdan çıxdı, bir az aralanmışdı ki:
                – Tapdıq әmi, – deyә çağırdılar.
                Geri qanrıldı. Şofer Vәlinin balaca qızı gözlәrini ovuşdururdu.
                – Tapdıq әmi, – dedi, – mәnә dә kağız gәtirәrsәn, ağ rın alım.
                  Göyәrçin arvadın qapısından keçәndә Cәmili xatırladı. Cәmil
            Göyәrçin arvadın gözünün ağı-qarası idi. Tәzәcә nişanlanmışdı ki, dava
   1022   1023   1024   1025   1026   1027   1028   1029   1030   1031   1032