Page 1033 - antologiya - poeziya_175x250_Layout 1
P. 1033
Mþvlud Söleymanlû
Arabanı araya almışdılar. Kәnddә qәribә sәs-küy var idi. Araba
yaxınlaşanda Cәfәrin anası özünü saxlaya bilmәdi. Yanındakı arvadlara
dedi:
– Qolumdan tut, ay Sayalı, yıxılıram.
Qarı gözlәyirdi ki, Cәfәr indi arabadan atdanacaq, yüyürüb hasardan
aşacaq, amma Cәfәr elәcә oturub gülümsәyirdi. Qurşaqdan aşağısı otun
içindәn görünmürdü. Qarının ürәyinә tıqqıltı düşdü. Sümüyünә damdı, araba
hasarın dibindә dayandı. Cәfәr elә arabadanca әyilib anasının boynunu
qucaqladı:
– Niyә belә, – dedi, – bә ay ana, niyә belә sınıxmısan? Sәnә gedәndә
demәdimmi fikir-zad elәmә?!
Anasının arıq quru әllәri Cәfәrin üzündә-gözündә gәzirdi. Cәfәr dә
titrәk, kövrәk nazilmiş sәsi ilә kәsik-kәsik deyirdi:
– Mәn dә belә gәldim, ay ana, ayağımı orda qoydum. Ağlayıb-elәmә
başına dönüm, ay ana!.. 457
Anasısa heç nә eşitmirdi. Oğlunun boynunaca sarılıb:
– Boyuna-buxununa qurban olum, – deyirdi, – vergili ba lam, şair
balam.
Tapdıq hasarın dibindәcә dayanıb tamaşa elәyirdi. Arıq at da yedәyindә
yenә araba atlarına sarı dartınırdı. Arabaçı Cәfәr müәllimi qucağına götürüb
evinә apardı. Taxtın üstünә qoydu. Cәfәr müәllim taxtın başından şalı
götürüb dizlәrinin üstünә saldı. Tapdığın ürәyindәn bir gizilti keçdi. Qocalar,
gәlinlәr, qızlar gәlib yenidәn görüşdülәr. Cәfәr müәllim oğlunun başını
sığallayırdı.
Tapdıq arıq atın yüyәnindәn çәkib getdi. Heç muş tuluğunu da
gözlәmәdi. Yan-yörәdәn uşaqların sәsi gәlirdi:
– Gördünmü, Toğrulun atasının medallarını, gördün mü?
Axşam düşmüşdü. Dağlar yavaş-yavaş kölgәlәnirdi. İnәklәr mәlәyә-
mәlәyә örüşdәn qayıdırdı. Cәfәr müәllim dikә lib pәncәrәdәn kәndin bu
axşamına baxırdı. Kәnd elә hәmin kәnd idi. Sürülü, naxırlı, ilxılı. Bir az
adamlar dәyiş miş di. Gәlinlәrin sәsi kişi sәsinә bәnzәyirdi, qızların әllәri
cod laş mışdı, qabar bağlamışdı. Payız sarala-sarala düz hә yәt l әrә gәlib
çıxmışdı.
Tapdıq, Cәmilin bayatıları da fikrindә, arıq atı yedәk lәyib hasarların
dibi ilә uzaqlaşdı. Cәfәr müәllimin ardınca bax dığını hiss elәmәdi.