Page 99 - 2-ci cild
P. 99
Arman Salakru

Mari-terez. Hər halda, ilk rastına çıxana sirr etibar etmək
olmaz.

Knyaginya. Hansı sirri?
Mari-terez. Yalnız ailə şurasının tam heyətlə açmağa haqqı
olan sirri.
Adolf. “Lenuar” likörünün hazırlanmasının sirrini.
Ortans. Bu sirr Mari-Blanşın cehizinin tərkib hissəsini təşkil
edir.
Viktor. Beləlilkə, “Lenuar” likörünün hazırlanma üsulunun
sirri bizim ailə üzvlərinə imkan vermir ki, evlənəndə... istədiyi
kimi... (O, “istədiyi kimi evlənsin” demək istəyir.)
Adolf. Bizim ailə üzvlərinə düşünülməmiş izdivaca icazə
vermir.
Mari-terez. Məni də ailə şurası ərə verib və peşman-filan da
deyiləm.
Ortans. Sən onsuz da heç vaxt nəyəsə peşman olmursan!
Knyaginya. Adolf sənin taleyindir. Düz on yaşından həyat
səni tanımadığın hər şeyə biganə olan bu gənclə izdivaca
hazırlayırdı.
Mari-terez (Mari-Blanşa). Ananın sözlərinə şəkk gətirmə,
sən də öz qızlarını eynən bu cür ərə verəcəksən.
Viktor. ...Likörün hazırlanması sirrini cehiz verməklə.
Mari-Blanş. Amma mən razıyam ki...
Viktor. Bax beləcə, adam ailə heyvanxanasının digər üzvləri
qarşısında, özünün növbəti sirk nömrəsini göstərən əhliləşmiş
heyvancığaza dönür.
Ortans (hiddətlə). Viktor!
Mari-Blanş. Bəli, amma bir şərtlə razılaşıram ki, qoy baba
özünü mənə nümunə göstərib, qoca bankirə ərə verilən kasıb qız
kimi sızıldamağı kəssin.
Baba. Sən bununla nə demək istəyirsən?
Viktor. Qəribədir, görən, Lenuarlar ailəsində dramatik
vəziyyətlərə olan bu sevgi hansı kişilikdən doğur. Şəxsən mən
bütün ömrüm boyu yalnız bir dəfə kişilik nümayiş etdirmişəm!
O da anamın məni evləndirmək niyyətini açıqlayanda. Düz bir
saat çəkən söhbətdən sonra o, qərara aldı ki, Lenuarlar familini

99
   94   95   96   97   98   99   100   101   102   103   104