Page 95 - 2-ci cild
P. 95
Arman Salakru

uzananda isə hər kəs işini bildiyi kimi görür. Jan Polun necə
öldüyünü siz heç də məndən pis bilmirsiniz. Aerostat yandı və
qardaşım öldü. Yanmadı, qorxudan öldü. Ürəyi dözmədi.

Adolf. Siz nəyə işarə edirsiniz?
Viktor. Əgər ata da eynən bu cür düz qırx il əsə-əsə qalma-
saydı...
Baba. Çərənlə, çərənlə. Xəlvəti də olsa, mən həmişə öz bil-
diyim kimi eləmişəm.
Viktor. ...Yalnız ananın ölümündən sonra, nəhayət, azadlığa
qovuşmasaydı, o, özünü belə uşaq kimi aparmazdı.
Adolf (bumbuz səslə). Doğrudanmı siz elə düşünürsünüz ki,
psixologiya üzrə bu traktat hakimlərə təsir edə bilər? Ülvi hissləri
ictimai rəyə təlqin edib məhkəməni susdurmaqmı olar?
Ortans. Bəs knyaz? Lenuarlar ailəsi barədə o nə qənaətdədir?
Knyaginya. Bobonu sadəlövh bir uşaq hesab etməyin!

Jozef qapını açır və Mari-Blanş əlində sini daxil olur.

Mari-Blanş, canım-ciyərim, mən susuzluqdan yanıram!
(Stəkanı və likör şüşəsini götürür.)

Ortans (peçenyeni götürərək). Çox sağ ol, gül bala! (Pauzadan
sonra.) Babaya da təklif elə.

Baba. Özünə əziyyət vermə, mən heç nə istəmirəm. Nə sən-
dən, nə onlardan, nə də başqalarından.

Mari-Blanş (ona yaxın gələrək). Babacan!
Baba. Heç nə istəmirəm! Siz hamınız adamyeyənsiniz!
Mari-Blanş. Baba, məgər siz mənim nə düşündüyümü bilir-
siniz?
Baba. Ah, deməli, sən yaxşısan da, eləmi? Di onda öp məni!

Mari-Blanş onu öpmək istəyir, amma sonra nədənsə dalın-
dalın çəkilib sinini əlindən qoymadan ağlayır. Knyaginya sinini

onun əlindən almaq üçün qalxır.

Mari-Blanş (hönkürərək). Mən Liliandan üzr istəyərdim.
Knyaginya. Ona yazığın gəlməsin! (O birilərə.) Kim bilir,

95
   90   91   92   93   94   95   96   97   98   99   100