Page 93 - 2-ci cild
P. 93
Arman Salakru
günlərindən birində, Bobo, artıq mövcud olmayan, amma kölgəsi
hələ də bu qoca kök qadının üstündə qalan balaca bir qızcığaz
bax bu xalçanın üstündə gəzirdi. Viktorun on üç yaşı vardı. Mənə
o ailə likörünüzdən verin. Nəsə qəflətən qüssələndim.
Mari-Blanş zənlə anasına baxır.
Ortans. Qəribədir, keçirdiyim bu həyəcan məni əməlli-başlı
acdırıb!
Mari-terez. Peçenye də gətir.
Mari Blanş çıxır. Qapının arxasından pusan Jozef üzr
istəyib gedir.
Biz də atanın səhhətinin fikrini çəkirdik.
Viktor. Hə, hamımız ölümün sənə tərəf hansı adla təşrif
buyuracağının falını açmışdıq. Xərçəng? Döş anginası? Uremiya?
Ən yaxşı, ən tanınmış həkimlərlə məsləhətləşirdik, xahiş edirdik
ki, sənin ömrünü uzatsınlar. Hətta belə qənaətə gəlirdik ki, əgər
onda xərçəng tapılsa, dərhal ölməyəcək, o vaxtacan da alimlər
bu xəstəliyin əlacını taparlar.
Ortans. İndi onu nə xəstəlik gözlədiyini bilirik. Onu gilyotin
gözləyir.
Baba (qətiyyətli ifadəylə qalxır). Yox! Yox! Bir də yox! Sizə
imkan vermərəm ki, məni məsxərəyə qoyasınız! Nə qədər ki,
canım sağdır, buranın yiyəsi özüməm! (Viktora.) Əvvəla, otur.
Fırlana-fırlana qalmısan, mənim də başım fırlandı! (Adolfa.)
Sizdən də nəsə soruşmayınca, susun. Bax, artıq düz qırx ildir ki,
mən bu evi idarə edirəm. Günü bu gün...
Adolf. Xeyr, mənim əziz qayınatam. Artıq düz qırx ildir ki,
siz bu evi idarə etmirsiniz.
Baba. Siz nə demək istəyirsiniz?
Adolf. Bu evi həmişə cəmi bir insan idarə edib. Siz yox, mə-
nim qayınanam.
93