Page 91 - 2-ci cild
P. 91
Arman Salakru

öləcəyəm”. Yadınızda deyil? Amma mənim yadımdadır. Mən
onda özümdən getdim. Bu, uşaq ağlı üçün həddən artıq ağır idi.

Knyaginya. Avropanın yüksək təbəqəsinin nümayəndələri
arasında Bobodan çox həyatdan küsmüşü yoxdur. Bir ona baxın:
eynən tarixi qəsr kimi bir tükü də tərpənmir, hətta ildırımı da
özünə çəkir. Bobonun ucaldığı yerdən qəm-qüssə boylanır!

Adolf. Amma biz hamımız yerimizdə təpik döyürük.
Vikont. Elə deməyin! Çıxış yolu təklif olundu.
Viktor. Başqasının işinə burnunuzu soxmayın, cavan oğlan.
Vikont. Üzr istəyirəm. Mən daha ağzımı açmayacağam.
Ümidvaram ki, məndən qulaqlarımı da yummağı tələb etməyəcəklər.
Mari-terez. Amma yalvarıram sizə, deyin görüm, ata niyə...
bu işi eləyib?
Baba. Qızım, istəyirsən inan, istəyirsən inanma, düzü, özüm
də heç nə anlamıram. Hər şey elə gözlənilmədən baş verdi ki.
Elə bil məni baltanın dalıyla itələdilər.
Viktor. Bu Lilian sənin yanına nəyə görə gəlmişdi?
Ortans. Əminsinizmi ki, sizi məhz o özü yoldan çıxarmayıb?
O cür məxluqlar nəyə desən gedərlər.
Baba. Onu mən çağırtdırmışdım. Hə... Amma ürəyimə iblis
bundan üç gün əvvəl girdi. Mən gəzintidən qayıdırdım. Perdən
üzü bəri yolda Lilianın kartofların dibini necə yumşaltdığını
gördüm. O, tumanını yığıb əyilmişdi, arxası mənə tərəf idi. Sonra
döndü, məni görüb gülümsədi. Mən sanki haldan-hala düşdüm.
Evə gələndə gözümə yuxu getmədi. Tapşırdım ki, onu yanıma
çağırsınlar.
Viktor. Bu, daha çox qurama işə oxşayır.
Mari-terez. Atacan! Amma biz və bizim uşaqlarımız necə
də xoşbəxt idilər! Mari-Blanş ərə getməliydi, Qiyom süvari
qoşunların zabiti olmalıydı, Viktor, ümumiyyətlə, hər şeyə sevinir-
di, ata özünü əla hiss edirdi, bizim likör il-ildən daha yaxşı satı-
lırdı, inqilab olacağına daha inanmırdılar, biz Dovildə, dəniz kə-
narında təzə mülk almışdıq.
Knyaginya. Bobo, sizin ovqatınız təlx olan vaxtlarda mən

91
   86   87   88   89   90   91   92   93   94   95   96