Page 87 - 2-ci cild
P. 87
Arman Salakru

Baba. Siz əgər bura siyasəti də qatsanız, mən, ümumiyyətlə,
söhbətin davamından imtina edəcəyəm! Yerli səviyyədə intriqalar!
Seçkiqabağı murdarlıqlar! Sizə bir sözüm var, mənim balalarım.
İndi istəyərdim, hər şeyə tüpürüb dünyanın o başına, lap Çinə
gedim!

Knyaz. Amma təəssüf ki, bu qapının o üzündə sizi əlində bir
cüt qandal tutmuş polis gözləyir.

Mari-terez. Ortans, mən dəli oluram!
Ortans. Sən bura layiq deyilsən.
Baba. Qandalın buna nə dəxli?
Knyaz. Əgər bilmək istəyirsinizsə, etiketə görə belə olmalıdır.
Viktor. Hava işıqlananda səni əliqandallı halda Pon l`Evekin
şəhər türməsinə aparacaqlar. Elə oradaca öz məhkəməni gözləməli
olacaqsan.
Knyaz. Məhkəmə sizin atanıza bəraət verə bilər.
Baba (gileyli tərzdə). Siz belə güman edirsiniz?
Adolf (hiddətlə). Amma axı bəraət boş bir şeydir!
Mari-terez. Adolf!
Adolf. Qoy sizə bəraət versinlər, amma buna qədər qəzetlər
bu prosesi bütün dünyaya car çəkəcəklər.
Baba. Siz də qəzetlərə hədə-qorxu gəlin ki, biz bir də onların
səhifələrində reklamlarımızı verməyəcəyik. (Knyaza.) “Lenuar”
likörü hər il qəzet reklamına yeddi milyon xərcləyir. Onlar üçün
bu qədər gəlir göydəndüşmədir.
Adolf. Bu əhvalatdan sonra biz bir qəzetə də öz şərtlərimizi
diktə eləyə bilməyəcəyik.
Viktor. Hələ şantajçılar? Belə getsə, bizim müəssisə dağılacaq.
Mari-terez. Məgər məhkəmə bizim departamentdə keçiriləcək?
Viktor. Əlbəttə.
Ortans. Bağlı qapılar arxasında?
Viktor. Qapı niyə bağlı olur? Olsa-olsa, qızın dindirilməsində...
Adolf. Bizim fəhlələrdən, əməkdaşlardan çoxunu ifadə
verməyə çağıracaqlar.
Baba. Bax bu, yaxşı olmadı.
Meri-Blanş. Lilian necə də sevimli bir qız idi...
Viktor. “Qız idi” niyə? O ölüb-eləməyib ki...

87
   82   83   84   85   86   87   88   89   90   91   92