Page 83 - 2-ci cild
P. 83
Arman Salakru

yaxın olmaq istəyirdi. Anamız qırx beş yaşında hərbi xaçla təltif
olundu.

Baba. Mən bu barədə heç vaxt heç nə deməmişəm, amma…
Adolf. Nə “amma”?
Baba. Təbii ki, on dördüncü ildə mən döyüşmək üçün
qocaydım… Amma on səkkizinci ildə Valentina sinəsi orden-
medallarla dolu yanımda dayananda… Mən hər şeyə göz yumub
susmağa çalışsam da, hər halda, bu, mənə toxunurdu.
Mari-terez. Sən nədən narazısan? Anamız əlləşib sənin
üçün Fəxri legion ordeni aldı!
Adolf (knyaza). Təəssüf ki, siz o möcüzə insanı tanımırdınız.
Onun bütün həyatı nəvaziş və coşqudan hörülmüşdü. O müqəddəs
qadın əyilməz iradəyə və qeyri-adi dərəcədə pak qəlbə malik idi.
Tanrı, yəqin ki, onu öz yanına çağırıb… Mənim Şateldə doğulmuş
qayınanam çox gözəl ailədəndir.
Knyaginya. O vaxt mənim on yaşım var idi. Amma əlində
bir topa açar, əynində qara paltar, bax elə bu qapının yanındakı
duruşu indiki kimi gözümün qabağındadır. Amma di gəl, sifətini
xatırlamıram.
Mari-terez. Hə, anam nizam-intizamı xoşlayırdı. Əgər o,
sağ olsaydı, biz belə bir həyəcanı gecə yaşamazdıq.
Adolf. Təəssüf ki, mənim qayınanam il yarım əvvəl sakitcə
söndü.
Baba. Məgər mənim bütün ömrüm onu xoşbəxt eləməyə
həsr olunmayıbmı?
Mari-terez. Anamız ay sənə imkan verərdi ki, onu bədbəxt
eləyəsən!
Knyaginya. Həyat nə qəribədir. Düz otuz il idi ki, Valentina
xalanı görmürdüm, bundan sonra da heç vaxt görməyəcəyəm.
Baba. Gərək sizi xəbərdar edim ki, düz saat on birdə mən
yerimə girib yatıram. Mənə öz vərdişimi dəyişməyə hansısa
bir…
Adolf. Əmi, mumlayın görək!
Baba. Cənab, siz mənimlə etikadan kənar tonla danışırsınız!
Adolf. Viktor, biz mütləq qərar qəbul etməliyik.

83
   78   79   80   81   82   83   84   85   86   87   88