Page 79 - 2-ci cild
P. 79
Arman Salakru

artıq qəzəblidir və bərk coşub. Bütün bu hadisələri “bəzək-
düzəksiz”, eynən həyatdakı kimi sadə canlandırmaq lazımdır.
Bütün personajlar təbii olmalıdır.

Baba. Xeyr, xeyr və bir daha xeyr! Pol-Alber Lenuar olduğumu
heç kim mənə unutdura bilməz!

Qızı Mari-Terez onun ardınca gəlir.

Mari-terez. Ata, xahiş edirəm, ata! Mən dəli olacağam!
Mənim əsəblərim tab gətirmir!

Adolf bacısı qrafinya Ortans Kazettin müşayiəti ilə daxil
olur.

Adolf (soyuq tərzdə qayınatasına). Bu da sizin üçün kreslo.
Əyləşin və gözləyin.

Baba. Hörmətli kürəkən, axı nəyi?
Ortans. Adolf! Adolf! Mən bilirəm, sən məni başa düşməyə-
cəksən. Mən xəbər tutanda ayaqlarım əsdi.
Adolf. Əziz bacı, bir halda ki siz də ailə məşvərətində iştirak
etməli olacaqsınız... (Onu Mari-Terezin yanına ötürür).
Mari-terez. İşə bir bax! Özü də məhz bu gün!.. Düz Poletta
peyda olan dəqiqə. Otuz il biz onu qəbul etməmişik! Nəhayət,
bir halda ki o, knyaza ərə gedib və knyaginya Boresku olub,
qərara aldıq, hər şeyi ona bağışlayaq.
Ortans. Etiraf et ki, bəyin belə gözəl-göyçək olacağını
gözləmirdin, hə?..
Mari-terez. Eləmi?.. Mən fikir vermədim. Yeri gəlmişkən,
onun şəxsi həyatının bizə dəxli yoxdur. Dəhşətə bir bax! O küçə
arvadı evə girən kimi atanı həbs eləməyə gələn polislə toqquşdu!
Atamızı!
Ortans. Mən tamam özümü itirmişəm!

Knyaginya daxil olur.

79
   74   75   76   77   78   79   80   81   82   83   84