Page 75 - 2-ci cild
P. 75
Henrik Èásen
Fru Alvinq. Heç vaxt!
Osvald. Bu bədbəxtlik başıma gələndə, balaca uşaq kimi
köməksiz, ümidsizcəsinə yatağa uzandığımı, məhv olduğumu
görəndə…
Fru Alvinq. Regina ömründə belə şey eləməzdi!
Osvald. Regina eləyərdi. O, hər şeyi çox gözəlcə həll eləyir.
Həm də belə xəstəyə baxmaq tezliklə onu bezdirərdi.
Fru Alvinq. Allaha şükür ki, burada yoxdu.
Osvald. Deməli, bu xidməti indi sən mənə göstərməlisən,
ana.
Fru Alvinq (çığırır). Mən?!
Osvald. Özgə kim ola bilər?
Fru Alvinq. Mən?! Sənin anan?!
Osvald. Özüdür ki var.
Fru Alvinq. Mən, sənə həyat verən adam?!
Osvald. Mən səndən həyat istəməmişdim. Budur verdiyin
həyat? Mənə lazım deyil! Geri götür!
Fru Alvinq. Kömək edin! Kömək edin! (Dəhlizə qaçır.)
Osvald (onun dalınca qaçır). Məndən qaçma. Hara gedirsən?
Fru Alvinq (dəhlizdən). Sənin üçün həkim çağırmağa, Osvald!
Burax məni.
Osvald (ordan). Buraxmaram. Heç kim də bura gəlməyəcək.
Bağlanan kilidin şıqqıltısı eşidilir.
Fru Alvinq (qayıdır). Osvald!.. Osvald!.. Mənim balam!..
Osvald (onun arxasınca gəlir). Sənin sinəndə ürək varmı,
ana ürəyi varmı, mənim əzablarıma necə sakitcə baxa bilərsən?
Fru Alvinq (bir anlıq sükutdan sonra qətiyyətlə). Necə istə-
yirsən, elə də olsun.
Osvald. Razısan?..
Fru Alvinq. Əgər vacibdirsə. Ancaq bu olmayacaq. Yox,
yox, heç vaxt! Mümkün deyil!
Osvald. Ümidimizi üzməyək. Çalışıb bir yerdə bacardıqca
çox yaşayarıq. Sağ ol, ana. (Fru Alvinqin divanın yanına çəkdiyi
kresloda oturur.)
75