Page 73 - 2-ci cild
P. 73
Henrik Èásen

Fru Alvinq. Axı nəyi biləcəyəm?
Osvald (onu dinləmədən). Ana, axşam dedin ki, səndən nə
xahiş eləsəm, imtina etməyəcəksən.
Fru Alvinq. Hə, dedim.
Osvald. Öz sözünün üstündə duracaqsan?
Fru Alvinq. Mənə inana bilərsən, mənim əzizim, yeganə
balam!.. Mən axı təkcə sənin üçün yaşayıram.
Osvald. Hə, hə, onda qulaq as… Bilirəm, ana, sən məndən
güclü adamsan. Ancaq eşidəndə yerində sakitcə otur.
Fru Alvinq. Axı nə məsələdi? Dəhşətli şeydi?..
Osvald. Qışqırma. Eşidirsən? Söz verirsən? Sakitcə oturub
bu barədə mənimlə danışacaqsan? Söz verirsən, ana?
Fru Alvinq. Hə, hə, söz verirəm, sən danış!
Osvald. Yaxşı, bil ki, bu yorğunluq, iş haqqında düşünə
bilməmək – hələ xəstəliyin özü deyil…
Fru Alvinq. Xəstəliyin özü nədi?
Osvald. Mənə irsən keçən xəstəlik, o… (Alnını göstərib,
zorla eşidiləcək səslə əlavə edir.) burdadı.
Fru Alvinq (az qala dili tutulur). Osvald!.. Yox, yox!
Osvald. Qışqırma. Başım səs götürmür. Hə, burada oturub
məqam gözləyir. İstənilən vaxt özünü büruzə verə bilər.
Fru Alvinq. Of, dəhşətə bax!
Osvald. Sən sakit ol… Bax mənim vəziyyətim belədi…
Fru Alvinq (yerindən sıçrayır). Bu, doğru deyil, Osvald!
Bu, ola bilməz! Yox, yox, elə deyil!
Osvald. Artıq mənim bir tutmam olub. Tez də keçdi. Ancaq
başıma nə gəldiyini biləndə məni qorxu bürüdü, həmin o dözülməz
qorxu da məni evə, sənin yanına gətirdi.
Fru Alvinq. Demək, qorxu!..
Osvald. Hə, axı bunu sözlə ifadə eləmək mümkün deyil! Ax,
əgər bu adi bir ölümcül xəstəlik olsaydı… Ölümdən elə də qorx-
muram, intəhası, həvəslə yaşamağa davam eləyərdim…
Fru Alvinq. Sən yaşayacaqsan, Osvald!
Osvald. Ancaq bu, elə iyrəncdi. Yenə köməksiz uşağa
çevrilmək… Yox, bunu sözlə ifadə eləmək olmur!
Fru Alvinq. Uşağa anası baxacaq.

73
   68   69   70   71   72   73   74   75   76   77   78