Page 71 - 2-ci cild
P. 71
Henrik Èásen

Osvald (ona sarı çevrilir). Atam barəsində deyirsən?
Fru Alvinq. Hə, sənin bədbəxt atan barəsində. Qorxuram,
sənə çox pis təsir eləyər.
Osvald. Nə səbəbə deyirsən? Təbii ki, məni çox heyrətləndirdi.
Ancaq əslində, mənim üçün elə də fərqi yoxdu.
Fru Alvinq (əlini onun çiynindən götürür). Fərqi yoxdu?
Atanın bu qədər bədbəxt olmasının?!
Osvald. Təbii ki, ona yazığım gəlir, onun yerində kim olsa,
yazığım gələrdi, ancaq…
Fru Alvinq. Ancaq? Doğma atan!
Osvald (əsəbi). Ax, ata… ata! Mən axı atamı heç tanımamışam.
Onun ucbatından bir dəfə ürəyimin bulanması isə hələ də yadım-
dadı.
Fru Alvinq. Dəhşətdi! Necə ola bilər axı uşaq öz doğma ata-
sına məhəbbət hiss eləməsin?
Osvald. Bəlkə, atasını minnətdarlıq ilə yad etməsinə bir
səbəb yoxdu? Əgər hətta atasını tanımırsa belə? Yoxsa sənin
kimi mədəni adam köhnə düşüncələrdən hələ də qopa bilməyib?
Fru Alvinq. Demək, bütün bunlar vur-tut köhnə düşüncədi!..
Osvald. Ana, bunun, sadəcə hər kəsin adət elədiyi fikirlərdən
biri olduğunu özün başa düşməlisən… Ortaya atılmış fikirlərdən
biridir ki, sonra…
Fru Alvinq (heyrətlə). Kabus olsun.
Osvald (otaqda gəzişir). Hə, etiraz etmirəm, onu kabus
adlandıra bilərsən.
Fru Alvinq (sərt şəkildə). Osvald… sən məni də sevmirsən?
Osvald. Səni, heç olmasa, tanıyıram…
Fru Alvinq. Hə, vur-tut tanıyırsan!
Osvald. Məni necə çox sevdiyini bilirəm, ona görə, əlbəttə,
sənə minnətdar olmalıyam. Üstəlik də xəstəliyim zamanı mənə
çox köməyin dəyə bilər.
Fru Alvinq. Hə, hə, Osvald. Doğrudanmı? Ah, səni yanıma
gətirdiyi üçün az qala xəstəliyinə xeyir-dua vermək istəyirəm.

71
   66   67   68   69   70   71   72   73   74   75   76