Page 69 - 2-ci cild
P. 69
Henrik Èásen
Osvald. Bəs nə fikirləşirdin?
Fru Alvinq (ağır-ağır). Mən bircə onu bilirdim ki, atan hələ
sən doğulmamışdan əvvəl məhv olmuş adamıydı…
Osvald (boğuq səslə). Aha! (Qalxıb pəncərənin qabağına
gedir.)
Fru Alvinq. Həmçinin doğma oğlum kimi, Reginanın da öz
evində olduğu fikri məni rahat buraxmırdı.
Osvald (cəld dönür). Regina?..
Regina (yerindən sıçrayır, zorla anlaşılan səslə). Mən?..
Fru Alvinq. Hə, indi ikiniz də bilirsiz.
Osvald. Regina!
Regina (sanki özüylə danışır). Deməli, anam beləymiş…
Fru Alvinq. Sənin anan bir çox cəhətdən yaxşı qadın idi,
Regina.
Regina. Ancaq hər halda, eləymiş. Hə, mən hərdən elə
fikirləşirdim, ancaq… Xanım, mənim dərhal getməyimə izin
verin.
Fru Alvinq. Sən, doğrudan da, getmək istəyirsən, Regina?
Regina. Əlbəttə.
Fru Alvinq. Təbii ki, sən azadsan, ancaq…
Osvald (Reginaya tərəf gedir). Gedirsən? Axı sən öz evindəsən.
Regina. Mersi, cənab Alvinq… Hə, mən indi sizi, doğrudan
da, Osvald çağıra bilərəm. Ancaq bu, heç də mən düşündüyüm
kimi olmadı.
Fru Alvinq. Regina, mən səninlə səmimi olmamışam…
Regina. Allah günahınızdan keçsin! Əgər Osvaldın xəstə
olduğunu bilsəydim… İndi ki, bizim aramızda ciddi bir şey ola
bilməz… Yox, mən daha kənddə qapanıb öz gəncliyimi xəstələrə
baxmaqla məhv eləyə bilmərəm.
Osvald. Hətta sənə bu qədər yaxın adama da?
Regina. Bilirsiz, bəsdir. Zavallı qız öz gəncliyindən istifadə
etməlidir. Yoxsa bir də başını qaldıranda görürsən ki, çıxılmaz
vəziyyətə düşmüsən. Axı məndə də həmin həyat eşqi var, xanım!
Fru Alvinq. Hə, elədi… Özünü məhv eləmə, Regina!
69