Page 65 - 2-ci cild
P. 65
Henrik Èásen
kassasındakı pulun faizinə isə, məncə, şəhərə xeyir gətirə biləcək
hansısa müəssisəyə kömək etmək yaxşı olar.
Fru Alvinq. Özünüz bilən yaxşıdı. Mənim üçün fərqi yoxdu.
Enqstran. Mənim dənizçilər üçün sığınacağımı unutmayın,
cənab pastor.
Pastor Manders. Hə, hə, pis fikir deyil. Ancaq ətraflı düşün-
mək lazımdı.
Enqstran. Daha nə düşünmək… Of, Allah, sən özün kömək
ol!
Pastor Manders (dərindən nəfəs alır). Əfsuslar olsun ki,
mən, hətta bu işi nə vaxta qədər aparacağımı da bilmirəm. İctimai
rəy məni bu işdən imtinaya məcbur eləyə bilər. Hər şey yanğının
səbəbləri barədə istintaqın nə qərara gələcəyindən asılıdır.
Fru Alvinq. Siz nə danışırsız?
Pastor Manders. Onun hansı nəticəyə gələcəyini isə əvvəlcədən
heç cür bilmək olmaz.
Enqstran (ona yaxınlaşır). Necə bilmək olmaz? Əgər Yakob
Enqstran burdadırsa?
Pastor Manders. Bəli, bəli, ancaq…
Enqstran (səsini alçaldır). Yakob Enqstran çətin gündə öz
hamisinin, necə deyərlər, arxasından qaçmaz.
Pastor Manders. Mənim əzizim, axı…
Enqstran. Çünki Yakob Enqstran, necə deyərlər, çətin gündə
köməyə çatandı…
Pastor Manders. Yox, yox, özünüzü fəda etməyinizi istəmirəm.
Enqstran. Yox, olacağa çarə yoxdu. Mən artıq bir dəfə
başqasının günahını öz üzərinə götürən adamı tanıyıram…
Pastor Manders (onun əlini sıxır). Yakob! Siz nadir insansız!
Ona görə də sığınacağınız üçün kömək göstəriləcək. Siz mənə
güvənə bilərsiz. (Enqstran minnətdarlıq eləmək istəyir, ancaq
duyğulandığından, bunu bacarmır. Çantasını çiyninə keçirir.)
Di yola düşək. Birlikdə gedəcəyik.
Enqstran (yemək otağının qapısı yanında sakitcə Reginaya).
Mənimlə gedək, qız. Yağ içində böyrək kimi üzəcəksən.
65