Page 67 - 2-ci cild
P. 67
Henrik Èásen
Fru Alvinq. Yorulmusan, Osvald? Yatmaq istəmirsən?
Osvald (həyəcanla). Yox, yox… Bircə yatmaqdan danışma.
Mən heç vaxt yatmıram. Özümü elə göstərirəm ki, guya yatıram.
(Astadan.) Hələ ona vaxt taparıq.
Fru Alvinq (təşvişlə ona baxır). Sən, doğrudan da, xəstəsən,
əzizim.
Regina (gərgin halda). Cənab Alvinq xəstədi?
Osvald (əsəbi). Bütün qapıları da örtün. Bu amansız qorxu…
Fru Alvinq. Ört, Regina. (Regina qapıları örtüb dəhlizdəki
qapının yanında dayanır. Fru Alvinq də, Regina da başlarından
şalı açırlar. Fru Alvinq stulunu çəkib Osvaldın yanında oturur.)
Bax belə, mən səninlə oturacağam…
Osvald. Hə, otur. Qoy Regina da burada qalsın. Qoy Regina
həmişə yanımda olsun. Sən mənə kömək əlini uzadarsan, elə
deyilmi, Regina? Hə?
Regina. Mən başa düşmürəm…
Fru Alvinq. Kömək əlini?
Osvald. Hə, ehtiyac olanda.
Fru Alvinq. Osvald, sənin axı anan var. O, sənə kömək elə-
yər.
Osvald. Sən? (Gülümsəyir.) Yox, ana, sən mənə bu köməyi
eləyə bilməzsən. (İstehzalı təbəssümlə.) Sən? Ha-ha! (Ciddi
görkəmlə ona baxır.) Əslində, mənə hamıdan yaxın sənsən.
(Hirslə.) Niyə mənə “sən” deyə müraciət eləmirsən, Regina?
Sadəcə Osvald deyə çağırmırsan?
Regina (astadan). Bilmirəm, bu, ağanın xoşuna gələrmi?
Fru Alvinq. Darıxma, onu belə çağırmağına tezliklə icazə
verərlər. Sən də yanımızda əyləş. (Regina tərəddüdlə stolun
başqa tərəfində oturur.) Bax belə, mənim zavallı, başı müsibətlər
çəkmiş oğlum, mən sənin ürəyindən ağırlığı götürəcəyəm…
Osvald. Sən, ana?
Fru Alvinq. Səni bütün bu vicdan əzablarından, məzəmmət-
lərdən, peşmançılıqlardan qurtaracağam…
Osvald. Yəni bacararsan?
67