Page 63 - 2-ci cild
P. 63
Henrik Èásen

Regina. O nə deyir?
Pastor Manders. Məni tamam çaşdırıb.
Enqstran (dəhlizdən daxil olur). Cənab pastor…
Pastor Manders (qorxmuş halda çevrilir). Burada da məndən
əl çəkmirsiz?
Enqstran. Gör ha, Allah cəzamı versin! Ah, ilahi! Günaha
batdıq, cənab pastor.
Pastor Manders (gəzişir). Əfsus! Əfsus!
Regina. Axı nə olub?
Enqstran. Ax, hər şey bizim ibadətin ucbatından oldu.
(Astadan Reginaya.) İndi ona tələ quracağıq, qızım. (Bərkdən.)
Mənim üzümdən pastor belə fəlakət törətdi!
Pastor Manders. Ancaq, Enqstran, sizi inandırıram ki…
Enqstran. Axı pastordan savayı, kimiydi şama toxunan?
Pastor Manders (dayanır). Bunu siz deyirsiz. Ancaq, doğrusu,
əlimdə şam olduğu yadıma gəlmir.
Enqstran. Mənimsə gözümün qabağındadı: pastor şamı
götürdü, barmağıyla söndürüb onu yonqarın üstünə atdı.
Pastor Manders. Bunu gördüz?
Enqstran. Öz gözlərimlə.
Pastor Manders. Başa düşə bilmirəm. Özü də mənim şamı
barmağımla söndürmək vərdişim yoxdu.
Enqstran. Yaxşı söndürməmisiz. Cənab pastor, bunun nəticəsi
çox pis ola bilər, hə?
Pastor Manders (həyəcanla otaqda gəzişir). Heç soruşmayın!
Enqstran (onun arxasınca gedir). Cənab pastor heç nəyi
sığorta eləməyib?
Pastor Manders (gəzişməyinə davam eləyir). Sizə dedilər
axı, yox, yox, yox!
Enqstran (onun arxasınca gedərək). Sığorta eləməmisiz.
Sonra da yandırmısız. Allah özü kömək olsun! Bədbəxtliyə bax!
Pastor Manders (alnının tərini silir). Bəli, etiraf eləyirəm!..
Enqstran. Gör ha, gərək elə bu cür fəlakət şəhərə xeyir
verəcəyi gözlənilən belə bir yerdə olaydı. Qəzetlər cənab pastoru
bağışlamaz.

63
   58   59   60   61   62   63   64   65   66   67   68