Page 59 - 2-ci cild
P. 59
Henrik Èásen

Regina (astadan, duruxaraq). Xanım icazə verirmi?
Fru Alvinq. Qədəh gətir, Regina.

Regina yemək otağına gedir.

Osvald (onun arxasınca baxır). Sən onun yerişinə fikir
vermisən? Necə də sərbəst yeriyir!

Fru Alvinq. Bu, heç vaxt ola bilməz, Osvald!
Osvald. Artıq həll olunub. Özün görürsən. Mübahisə eləməyə
dəyməz. (Regina əlində boş qədəh qayıdır.) Otur, Regina.

Regina sualedici nəzərlərlə fru Alvinqə baxır.

Fru Alvinq. Otur. (Regina boş qədəhi hələ də əlində tutaraq
yemək otağının qapısı ağzındakı stulda oturur.) Osvald, həyat
eşqi barədə nə deyirdin?

Osvald. Bəli, həyatın nəşəsi, ana, buradakılar ondan xəbərsizdi.
Nəyə görəsə onu heç vaxt burada hiss etmirəm.

Fru Alvinq. Burada, mənim yanımda olanda?
Osvald. Burada olanda da, ana. Ancaq sən bunu başa düş-
mürsən.
Fru Alvinq. Yox, yox, mənə elə gəlir, demək olar, indi başa
düşürəm…
Osvald. Həyatın nəşəsi və zəhmətin sevinci. Əslində, bunlar
eyni şeylərdi. Ancaq buradakıların ondan xəbəri yoxdu.
Fru Alvinq. Yəqin, sən haqlısan, Osvald. Di danış, danış.
Yaxşı-yaxşı izah elə.
Osvald. Mən bircə onu demək istəyirəm ki, burada adamlar
zəhmətə günahlara görə verilən cəza kimi, həyata isə məşəqqət
kimi baxırlar, guya nə qədər tez canlarını qurtarsalar, bir o qədər
yaxşıdır.
Fru Alvinq. Hə, qəm möhnəti. Biz hər vasitə ilə onu bu hala
salmağa çalışırıq.
Osvald. Ancaq orada belə şey adamların ağlına belə gəlmir.
Orada heç kim bu cür nəsihətlərə daha inanmır. Orada həyatdan

59
   54   55   56   57   58   59   60   61   62   63   64