Page 57 - 2-ci cild
P. 57
Henrik Èásen
Fru Alvinq. Osvald!
Osvald. Mənə başqa həyat lazımdı, ana. Ona görə yanından
getməliyəm. İstəmirəm, mənə görə iztirab çəkəsən.
Fru Alvinq. Mənim talesiz oğlum! Ax! Osvald, bəlkə, hələ
nə qədər ki xəstəsən, qalasan?!.
Osvald. Ah, təkcə bu xəstəlik olsaydı, yanında qalardım,
ana. Sən axı dünyada mənim ən yaxşı dostumsan.
Fru Alvinq. Doğrudanmı, Osvald?!
Osvald (narahat halda otaqda gəzişir). Bütün bu məşəqqətlər –
vicdan əzabı, peşmançılıq… canımdan çıxmayan bu qorxu… Bu
dözülməz dəhşət…
Fru Alvinq (onun arxasınca gedərək). Dəhşət? Nə dəhşət?
Sən nə danışırsan?!
Osvald. Soruşma. Özüm də bilmirəm. İzah eləyə bilmirəm.
(Fru Alvinq sağ tərəfə gedib zəngi çalır.) Sən nə istəyirsən?
Fru Alvinq. İstəyirəm ki, mənim balam əylənsin. Fikirlərin
içində üzülməsin. (Otağa girən Reginaya.) Yenə şampan gətir.
Bir şüşə.
Regina gedir.
Osvald. Ana!
Fru Alvinq. Elə fikirləşirsən, biz kənddə yaşaya bilmirik?
Osvald. O, məgər gözəl deyilmi? Hələ bədəni! Necə də
sağlam görkəmi var.
Fru Alvinq (stolun arxasında oturur). Osvald, otur, rahatca
danışaq.
Osvald (o da stolun arxasında oturur). Ana, görünür, sən
Regina qarşısında günahkar olduğumu bilmirsən. Mən öz günahımı
yumalıyam.
Fru Alvinq. Sən?
Osvald. Daha doğrusu, düşünmədən dediyim sözü doğrult-
malıyam. Axırıncı gəlişimdə…
Fru Alvinq. Hə?
57