Page 53 - 2-ci cild
P. 53
Henrik Èásen

Osvald. Ancaq tezliklə gördüm ki, elə deyil. Daha işləyə
bilmirdim. Mən böyük bir tablo çəkməyə hazırlaşırdım, ancaq
bütün bacarığım sanki məndən üz döndərmişdi, bütün gücüm
tükənmişdi, fikrimi toplaya bilmirdim… başımda hər şey bir-
birinə qarışmışdı. Ax, çox dəhşətli vəziyyət idi! Nəhayət, həkim
çağırtdırdım və məsələnin nə yerdə olduğunu ondan öyrəndim.

Fru Alvinq. Nəyi?
Osvald. Yerli həkimlərdən biri idi. Nə duyduğumu, hiss
elədiyimi ona ətraflı danışası oldum, o isə sonra mənə bir xeyli
sual verdi. Əvvəlcə mənə elə gəldi ki, bunların məsələyə heç bir
dəxli yoxdu. Onun nə istədiyini anlamırdım…
Fru Alvinq. Sonra?
Osvald. Nəhayət, dedi: siz doğulanda artıq içinizi qurd
yeyibmiş. Məhz belə də ifadə elədi: “vermoulu”.
Fru Alvinq (həyəcanla). Nə demək istəyirdi?
Osvald. Mən də başa düşməyib aydın danışmasını xahiş
etdim. Onda bu ədəbsiz qoca dedi… (Yumruqlarını sıxır.) Ah!..
Fru Alvinq. O nə dedi?
Osvald. O dedi: ataların günahının əziyyətini övladlar çəkir.
Fru Alvinq (yavaş-yavaş ayağa qalxır). Ataların günahı…
Osvald. Az qaldı onu vuram.
Fru Alvinq (kənara çəkilir). Ataların günahı…
Osvald (yorğun bir təbəssümlə). Hə, necədi sənin üçün!
Əlbəttə, onu inandırmağa çalışdım ki, belə şeydən söhbət gedə
bilməz. Elə bilirsən, fikrindən döndü? Yox, öz dediyinin üstündə
durdu. Onda sənin məktublarını göstərəsi oldum, atam haqqındakı
yerləri ona tərcümə elədim…
Fru Alvinq. Bəs sonra?..
Osvald. …onda, əlbəttə, səhv etdiyini boynuna aldı və mən
əsl həqiqəti, dərkedilməz həqiqəti öyrənə bildim. Mən gərək yol-
daşlarımla eyni səviyyədə əyləncələrə uymayaydım. Belə qayğısız
həyat üçün fiziki cəhətdən xeyli zəifdim. Belə ki, günah özümdədi!
Fru Alvinq. Osvald! Yox! Buna inanma!
Osvald. O dedi ki, bunun başqa izahı yoxdu. Dəhşət budur.
Əhli-kefliyim ucbatından öz ömrümü puç elədim! Bütün planlarım,

53
   48   49   50   51   52   53   54   55   56   57   58