Page 51 - 2-ci cild
P. 51
Henrik Èásen
Fru Alvinq. Səni görmək xoşbəxtliyindən imtina etmək
dəfələrlə yaxşı olardı, nəinki sənin bu cür…
Osvald (onun qarşısında dayanır). De görüm, ana, məni
burada görmək, doğrudanmı səndən ötrü böyük xoşbəxtlikdi?
Fru Alvinq. Məndən ötrü xoşbəxtlikdimi?!
Osvald (qəzeti əzir). Mənə elə gəlir, varlığımın, yoxluğumun
sənin üçün elə bir fərqi olmamalıdı.
Fru Alvinq. Sən nə ürəklə bunu anana deyirsən, Osvald?
Osvald. Sən axı əvvəllər mənsiz gözəl yaşamısan.
Fru Alvinq. Hə, doğrudur, yaşamışam.
Sükut. Get-gedə şər qarışır. Osvald otaqda gəzişir. Siqarı
söndürüb.
Osvald (anasının qarşısında dayanır). Ana, divanda yanında
otura bilərəm?
Fru Alvinq (yana çəkilib ona yer verir). Otur, otur, əziz
balam.
Osvald (oturur). Sənə bəzi şeylər deməliyəm, ana.
Fru Alvinq (həyəcanla). Danış, danış.
Osvald (gözlərini boşluğa zilləyir). Bu ağırlığı çəkməyə daha
gücüm çatmır.
Fru Alvinq. Axı nə olub? Nə baş verib?
Osvald (əvvəlki kimi). Bu haqda sənə yazmağa cəsarət
eləmirdim, qayıdanda isə…
Fru Alvinq (onun qolundan tutur). Osvald, nə olub?
Osvald. Dünən də, bu gün də bu fikirləri başımdan atmağa
çalışdım. Yox, mümkün olmadı.
Fru Alvinq (ayağa durur). İndi ürəyini boşaltmalısan, Osvald!
Osvald (onu yenə divanda oturtmağa çalışır). Otur, otur,
mən çalışaram, hamısını sənə deyəm… Elə hey yol yorğunluğundan
şikayətlənirdim…
Fru Alvinq. Hə. Bəs nə oldu ki?
Osvald. Ancaq ona görə deyil. Adi yorğunluq deyil.
51