Page 47 - 2-ci cild
P. 47
Henrik Èásen

Pastor Manders. Elədimi, Enqstran? Bəs sonra?
Enqstran. Dedim ki, sənin amerikalın indi öz kefində dünyanı
dolaşır. Sən isə İohanna, ayaqlar altına düşüb özünü alçaltdın.
Ancaq Yakob Enqstranı heç nə sındıra bilməz. Onunla bir növ
ibrətli sözlərlə danışdım, cənab pastor.
Pastor Manders. Başa düşürəm. Davam edin, davam edin.
Enqstran. Hə, mən onun qolundan tutub qaldırdım, kəbin
kəsdirib evləndim ki, onun xaricilərlə nə hoqqadan çıxdığını heç
kim bilməsin.
Pastor Manders. Bu yerdə çox düz hərəkət etmisiz. Bircə
pul götürməyinizi təqdir etmirəm.
Enqstran. Pul? Mən? Bir quruş da.
Pastor Manders (sualedici nəzərlərlə fru Alvinqə baxır).
Ancaq…
Enqstran. Hə, yadıma düşdü. Doğrudu, İohannanın pulu
varıydı. Ancaq mənim onlarda gözüm yoxuydu. Mən dedim ki,
bu murdar qızıl… ya kağız puldu – bilmirəm nəydi – günahın
əvəzinə verilib… Biz onu amerikalının sifətinə çırpardıq, ancaq
o, dənizin o tayında yoxa çıxmışdı, cənab pastor.
Pastor Manders. Eləmi oldu, əziz Enqstran?
Enqstran. Əlbəttə! İohannayla bir yerdə bu pula uşağı tərbiyə
etməyi qərara aldıq. Elə də etdik. Mən hər quruşa görə hesab
verməyə hazıram.
Pastor Manders. Bu, məsələni əhəmiyyətli dərəcədə dəyişir.
Enqstran. Hər şey belə oldu, cənab pastor. Cəsarət eləyib
deyirəm ki, gücüm çatdığı qədər Reginaya atalıq eləmişəm…
Axı mən zəif adamam.
Pastor Manders. Yaxşı-yaxşı, əziz Enqstran…
Enqstran. Ancaq deməyə cəsarət eləyirəm ki, uşağa tərbiyə
vermişəm, rəhmətliklə sevgi içində mehriban yaşamışıq, əhdi-
cədiddə göstərildiyi kimi, onu öyrətmişəm, itaətdə saxlamışam.
Heç vaxt da ağlıma gəlməyib ki, pastorun yanına gedib özümü
öyəm: baxın, mən də ömrümdə bir dəfə yaxşı iş görmüşəm. Yox,
Yakob Enqstran elədiyini gözə soxmur. Əlbəttə, elə tez-tez olmasa

47
   42   43   44   45   46   47   48   49   50   51   52