Page 45 - 2-ci cild
P. 45
Henrik Èásen
Pastor Manders. Bilirsiz, Enqstran, əvvəlcə sizə bir sual
verməliyəm. Belə bir ibadətə hazırsınızmı? Vicdanınız təmizdimi?
Enqstran. Ah, ilahi, sən öz günahkar bəndəni xilas elə! Biz
nəkarəyik ki, vicdandan danışaq, cənab pastor.
Pastor Manders. Yox, məhz elə ondan danışmalıyıq. Nə
cavab verə bilərsiz?
Enqstran. Əlbəttə, elə də təmiz deyil.
Pastor Manders. Etiraf edin! Lütfən, indi səmimi olaraq
mənə izah edin: Regina məsələsini necə başa düşək?
Fru Alvinq (tələsik). Pastor Manders!
Pastor Manders (sakitləşdirici tərzdə). İmkan verin!..
Enqstran. Regina? İlahi! Siz məni necə də qorxutduz! (Fru
Alvinqə baxır.) Bir bədbəxtlik üz verməyib ki?
Pastor Manders. Ümid eləyirik. Ancaq mən soruşuram ki,
Regina sizin nəyiniz düşür? Sizi onun atası hesab edirlər…
Enqstran (tərəddüdlə). Bəli… hm… Rəhmətlik İohanna ilə
aramızdakı əhvalatı cənab pastor bilir?
Pastor Manders. Daha yalan olmasın, heç bir şey gizlətmədən
danışın! Sizin rəhmətlik arvadınız getməmişdən əvvəl hər şeyi
fru Alvinqə etiraf edib.
Enqstran. Ax, onu görüm… Deməli…
Pastor Manders. Hə, siz ifşa olunmusuz, Enqstran.
Enqstran. O isə and içirdi, özünü lənətləyirdi…
Pastor Manders. Lənətləyirdi?
Enqstran. Yox, ancaq ürəkdən and içirdi.
Pastor Manders. Siz də bu qədər müddət ərzində həqiqəti
məndən gizlətmisiz? Sizə inandığım halda, məndən gizlətmisiz!
Enqstran. Görünür, belə alınıb, neyləmək olar.
Pastor Manders. Sizə elədiklərimin əvəzi budur, Enqstran?
Bacardığım qədər sözümlə, işimlə həmişə sizi müdafiə etməmi-
şəmmi? Cavab verin? Elədi?
Enqstran. Bəli, pastor Manders çox vaxt köməyimə çatıb.
Pastor Manders. Siz də əvəzini belə verdiz? Kilsə dəftərinə
ləyaqətsiz qeyd yazmağa məni məcbur etmək! Bir belə müddət
45