Page 41 - 2-ci cild
P. 41
Henrik Èásen

Pastor Manders. Yox, Allah eləməsin! Bu, dəhşətli bir şey
olar.

Fru Alvinq. Əgər onun bu məsələyə ciddi yanaşacağını,
xoşbəxt olacağını bilsəydim…

Pastor Manders. Nə? Necə?
Fru Alvinq. Ancaq bu, ola bilməz. Təəssüf ki, Regina elə
qız deyil.
Pastor Manders. Əgər nə… Nə demək istəyirdiz?
Fru Alvinq. Əgər qorxaq olmasaydım, ona deyərdim: onunla
evlən, ya necə istəyirsinizsə eləyin, bircə aldatmaq olmasın.
Pastor Manders. İlahi, özün rəhm elə! Onları evləndirmək!
Bu, dəşhətli, özü də görünməmiş bir şeydi!..
Fru Alvinq. Deyirsiz, görünməmiş şeydi? Səmimi olun,
pastor Manders, məgər ətrafınızda bir xeyli o cür yaxın qohumların
ər-arvad olduğunu güman etmirsiz?
Pastor Manders. Mən sizi qətiyyən başa düşmürəm.
Fru Alvinq. Elə təsəvvür eləyək ki, başa düşürsüz.
Pastor Manders. Hə, siz təsadüfi halları nəzərdə tutursuz…
Əlbəttə, təəssüflər olsun ki, ailə həyatı heç də həmişə öz təmizli-
yiylə fərqlənmir. Ancaq sizin işarə etdiyiniz hallarda axı heç kim
heç nə bilmir, hər halda, dəqiq bilmirlər. Burada isə əksinə… Və
siz bir ana kimi istəyirsiz ki, oğlunuz…
Fru Alvinq. Axı mən də əsla istəmirəm. Məhz belə bir şeyə
imkan vermək istəmirəm! Qətiyyən! Elə mən bu barədə də
danışıram.
Pastor Manders. Özünüz dediyiniz kimi: qorxaqlıqdan. Bəs
qorxmalı deyildiz?.. Tanrım, necə biabırçı əlaqə!
Fru Alvinq. Deyilənə görə, biz elə bu cür əlaqələrdən əmələ
gəlmişik. Bəs dünyada bu cür qaydanı kim yaradıb, pastor
Manders?
Pastor Manders. Belə məsələləri mən sizinlə müzakirə
etməyəcəyəm. Sizin əqidəniz buna imkan vermir. Axı bunun siz
tərəfdən ancaq qorxaqlıq olduğunu necə deyə bilərsiniz?..

41
   36   37   38   39   40   41   42   43   44   45   46