Page 39 - 2-ci cild
P. 39
Henrik Èásen

Fru Alvinq (ona baxmadan). Fikirləşirdim, o vaxt məni
nəyin çəkdiyini anlamısız.

Pastor Manders (soyuq tərzdə). Əgər nəsə anlasaydım,
evinizin daimi qonağı olmazdım.

Fru Alvinq. Hər halda, sonradan məlum oldu ki, o vaxt
yaxşı-yaxşı düşünməmişəm.

Pastor Manders. Ancaq yəqin, öz yaxınlarınızla – ananızla,
hər iki xalanızla məsləhətləşmişdiz.

Fru Alvinq. Doğrudu. Üçlükdə hər şeyi mənim əvəzimə həll
etdilər. Ah, lap məəttəl qalınasıdı, onlar tez-tələsik bu nəticəyə
gəldilər ki, belə təklifdən boyun qaçırmaq ağılsızlıqdı. Kaş indi
anam qəbirdən qalxıb, bu əla izdivacdan nə əmələ gəldiyini
görəydi!

Pastor Manders. Nə əmələ gələcəyinə heç kim zamin ola
bilməz. Hər halda, sizin evliliyiniz, şübhəsiz ki, qanuni yolla
olub.

Fru Alvinq (pəncərə qarşısında). Hə, qanun-qayda! Hərdən
ağlıma gəlir ki, yer üzündəki bütün bəlalar elə bu qanun-qayda
ucbatındandı.

Pastor Manders. Fru Alvinq, günah işlədirsiz.
Fru Alvinq. Ola bilsin. Ancaq əl-ayağa dolaşan bu şərtiliklərlə
daha barışa bilmirəm. Bilmirəm. Mən azadlıq istəyirəm.
Pastor Manders. Siz nə demək istəyirsiz?
Fru Alvinq (əliylə pəncərənin qabağını döyəcləyir). Mən
gərək Alvinqin yaşadığı həyatın üstünə pərdə tutmayaydım.
Ancaq o vaxt öz qorxaqlığımın ucbatından başqa cür hərəkət
eləyə bilmədim. Yeri gəlmişkən, öz şəxsi mülahizələrim ucbatından.
Mən bu qədər qorxaq idim.
Paster Manders. Qorxaq?
Fru Alvinq. Bəli, adamlar bilsə, məni qınayarlar: bədbəxt!
Onu artıq bir dəfə atmış arvadı varsa, əyyaşlıq eləməyini başa
düşmək olar!
Pastor Manders. Müəyyən dərəcədə haqları varıydı.

39
   34   35   36   37   38   39   40   41   42   43   44