Page 35 - 2-ci cild
P. 35
Henrik Èásen

Fru Alvinq. Məni aldığı məbləğ… Bu pulların Osvalda
qalmasını istəmirəm. Mənim var-dövlətim oğluma qalmalıdı.

Altıncı şəkil

Osvald sağdakı qapıdan daxil olur. İndi şlyapası və paltosu
yoxdu. Fru Alvinq onun qarşısına gedir.

Fru Alvinq. Çox tez qayıtdın, əziz balam!
Osvald. Hə. Şıdırğı yağışda necə gəzəsən? Deyəsən, indi
süfrə arxasında oturacağıq? Çox gözəl!
Regina (əlində bağlama yemək otağından çıxır). Sizə bağlama
var, xanım. (Ona verir.)
Fru Alvinq (pastora baxaraq). Yəqin, sabahkı təntənə üçün
kantatadı.
Pastor Manders. Hm…
Regina. Süfrə açılıb.
Fru Alvinq. Yaxşı. İndi gəlirik. Mən yalnız… (Bağlamanı
açır.)
Regina (Osvalda). Süfrəyə qırmızı, ya ağ portveyn verilməsini
əmr edirsiniz, cənab Alvinq?
Osvald. Hər ikisindən, yomfru Enqstran.
Regina. Bien1… Oldu, cənab Alvinq. (Yemək otağına gedir.)
Osvald. Şüşənin ağzını açmağa kömək eləmək lazımdı…
(Qapını aralı qoyaraq onunla yemək otağına gedir.)
Fru Alvinq (bağlamanı açaraq). Hə, elədi. Sabahkı təntənə
üçün kantata.
Pastor Manders (əllərini qoşalayır). Sabah mən hansı ürəklə
çıxış eləyəcəyəm?
Fru Alvinq. Birtəhər danışarsız.
Pastor Manders (yemək otağından eşitməsinlər deyə astadan).
Axı dindarları günaha batırmaq olmaz.

1 bиен – йахшы (fр.)

35
   30   31   32   33   34   35   36   37   38   39   40