Page 31 - 2-ci cild
P. 31
Henrik Èásen
Pastor Manders. Əvəzində ona yad oldunuz.
Fru Alvinq. Yox, yox, olmadım!
Pastor Manders. Olduz. Olmalıydız. Bəs təzədən sizə
qovuşan uşaq ürəyinizcədimi? Siz əriniz qarşısında çox günaha
batmısız, indi ona abidə qoymaqla bunu etiraf edirsiz. Oğlunuz
qarşısındakı günahınızı da etiraf edin. Bəlkə də, onu doğru yola
qaytarmaq hələ gec deyil. Özünüz etiraf edin və onda yaxşı nə
qalıbsa, onu xilas edin. Bəli. (Şəhadət barmağını qaldırır.) Siz,
həqiqətən, günaha batmısız, fru Alvinq! Bunları sizə deməyi
özümə borc bilirəm.
Fru Alvinq (ağır-ağır, təmkinlə). Belə, siz indi sözünüzü de-
diz, cənab pastor, sabah isə ərimin xatirəsinə həsr olunmuş təntə-
nədə hamının qarşısında çıxış edəcəksiz. Mən sabah danışma-
yacağam. Ancaq indi mənimlə danışdığınız kimi, mən də sizinlə
danışmaq istəyirəm.
Pastor Manders. Təbiidi: siz vəziyyəti bəhanə gətirmək
istəyirsiz…
Fru Alvinq. Yox. Mən sadəcə danışacağam.
Pastor Manders. Yaxşı…
Fru Alvinq. Ərim haqqında, sizin təbirinizcə desək, məni
haqq yoluna qaytara biləndən sonra özünüz ərimlə birgə yaşadığım
illər haqqında mənə söylədiklərinizin şahidi olmamısız. Dostumuz
və ailəmizin daimi qonağı olan siz o vaxtdan sonra evimizdə
görünmədiz.
Pastor Manders. Siz axı ondan dərhal sonra şəhərdən köçdüz.
Fru Alvinq. Bəli, siz də ərim ölənə qədər bir dəfə belə olsun
bura baş çəkmədiz. Yalnız yetimxananın işlərini qaydaya salmaq
zəhmətini öz üzərinizə götürəndən sonra yanıma gəlməyə məcbur
olduz…
Pastor Manders (astadan, tərəddüdlə). Elene… əgər bu
məzəmmətdirsə, xahiş eləyirəm, nəzərə alasız ki…
Fru Alvinq. …Sizin mövqeyiniz, vəzifəniz. Bəli. Bir də ona
görə ki, mən öz ərini qoyub qaçan qadın idim. Belə dəlisov
qadınlardan, ümumiyyətlə, bacardıqca uzaq durmaq yaxşıdı.
31