Page 27 - 2-ci cild
P. 27
Henrik Èásen
Pastor Manders. Mən subayların həyatından danışmıram.
Mən arvad-uşaqla bir yerdə ailə həyatını nəzərdə tuturam.
Osvald. Bəli, uşaqlarla və uşaqların anasıyla birlikdə.
Pastor Manders (diksinib əllərini şappıldadır). İlahi, özün
rəhm elə!
Osvald. Nə?
Pastor Manders. Öz uşaqlarının anasıyla yaşamaq.
Osvald. Bəs sizcə, öz uşaqlarının anasını atmaq lazımdı?
Pastor Manders. Siz qeyri-qanuni əlaqədən danışırsız? Necə
deyərlər, “vəhşi” nikahlardan danışırsız?
Osvald. Belə birgə yaşayışda mən heç vaxt vəhşi nəsə
sezməmişəm.
Pastor Manders. Bir az tərbiyəsi olan insanın, ya gənc
qadının hamının gözü qarşısında bu cür birgə yaşamağa razılıq
verməsi mümkündürmü?
Osvald. Bəs onlar neyləməlidi? Kasıb gənc rəssam, kasıb
gənc qız… Evlənmək baha başa gəlir. Onda əlacları nədir?
Pastor Manders. Əlacları nədir? Onların nə etməli olduğunu
mən sizə deyim, cənab Alvinq. Lap əvvəldən bir-birlərindən
uzaq dursunlar, vəssalam!
Osvald. Belə çıxışlarla siz gənc, ehtiraslı, bir-birlərini hərarətlə
sevən adamları yola gətirə bilməzsiz.
Fru Alvinq. Əlbəttə, inandıra bilməzsiz.
Pastor Manders (davam edir). Bəs hökumət bu cür şeylərə
necə dözür?! Belə şeylərin açıq-aşkar baş verməyinə göz yumur!
(Fru Alvinqin qarşısında dayanır.) Gördüz, oğlunuz sarıdan
ehtiyatlanmağım səbəbsiz deyilmiş. Əxlaqsızlığın özünü açıq-
aşkar büruzə verdiyi, təbii sayıldığı elə mühitdə…
Osvald. Cənab pastor, icazənizlə sizə deyim ki, bazar günləri
həmişə iki-üç belə “düzgün olmayan” ailələrdə olurdum…
Pastor Manders. Üstəlik də bazar günləri!
Osvald. Elə o gün əylənmək lazımdı. Ancaq mən bir dəfə də
olsa, orada ədəbsiz söz eşitməmişəm, hələ əxlaqsız nəyinsə şahidi
olmadığımı demirəm. Bilirsinizmi, rəssamların arasında olduğum
vaxt əxlaqsızlıqla harada və nə zaman rastlaşmışam?
27