Page 29 - 2-ci cild
P. 29
Henrik Èásen

Fru Alvinq. Öz hücrəmdə mən də bu qənaətə gəlmişəm,
cənab pastor. Ancaq belə mövzulara toxunmağa cəsarətim çatmırdı.
İndi oğlum mənim əvəzimə danışacaq.

Pastor Manders. Sizə acıyıram, fru Alvinq. Ancaq indi sizə
öz nəsihətimi etməliyəm. İndi qarşınızdakı nə sizin məsləhətçiniz,
nə vəkiliniz, nə sizin və ərinizin köhnə dostudu, həyatınızın ən
divanə anında olduğum kimi, ruhani atayam.

Fru Alvinq. Ruhani atam axı mənə nə deyəcək?
Pastor Manders. Hər şeydən əvvəl sizin yaddaşınızı oyadım.
Ən münasib məqamdı. Sabah ərinizin vəfatından on il keçmiş
olacaq. Sabah mərhumun abidəsi açılacaq. Sabah mən hamının
qarşısında çıxış edəcəm… Bu gün isə çıxışımı tək sizinçün
edəcəm.
Fru Alvinq. Yaxşı, cənab pastor, danışın.
Pastor Manders. Yadınızdadımı, ərə gedəndən vur-tut bir il
sonra siz uçurumun kənarında dayanmışdız? Öz evinizi, ailənizi
atıb ərinizdən qaçmışdız… Bəli, fru Alvinq, qaçmışdız və onun
yalvarışlarına baxmayaraq, qayıtmaq istəmirdiz!
Fru Alvinq. Bəs ərdə olduğum ilk bir ildə necə bədbəxt
olduğumu unutmusuz?
Pastor Manders. Axı narahat ruh özünü elə bunda göstərir,
həyatda xoşbəxtlik elə bu tələblərə cavab verə bilməkdədi. Biz
insanların xoşbəxtliyə nə haqları var? Yox, fru Alvinq, biz öz
borcumuzu yerinə yetirməliyik. Sizin də borcunuz birdəfəlik və
həmişəlik seçdiyiniz, müqəddəs tellərlə bağlandığınız adama
sadiq qalmaqdı.
Fru Alvinq. Alvinqin o vaxtlar necə əhli-kef həyat sürdüyü
sizə yaxşı məlumdu.
Pastor Manders. Onun haqqında gəzən şayiələr çox yaxşı
məlumdu. Əgər şayiələrə inansaq, onun cavanlıqdakı hərəkətlərini
elə hamıdan çox mən bəyənmirəm. Ancaq qadın ərinin hakimi
deyil. Sizin vəzifəniz Allahın çiyninizə qoyduğu yükü səbirlə
daşımaqdı. Sizsə bunun əvəzində hiddətlənib bu yükü üstünüzdən
atdız, büdrəyən adama dayaq olmalı halda, onu tərk etdiz, öz

29
   24   25   26   27   28   29   30   31   32   33   34