Page 25 - 2-ci cild
P. 25
Henrik Èásen

Pastor Manders. Bəli, bəli. Mənim peşə yoldaşlarımın
çoxunun ağız cizgiləri elədi.

Fru Alvinq. Bu tənbəki çubuğunu bir kənara qoy, əziz
oğlum. Burada çəkəndə xoşum gəlmir.

Osvald (anasının dediyinə əməl edir). Məmnuniyyətlə. Elə
belə, dadına baxmaq istədim, çünki uşaqlıqda bir dəfə bunu
çəkmişəm.

Fru Alvinq. Sən?
Osvald. Hə, onda hələ lap balacaydım. Yadımdadı, bir axşam
atamın otağına getmişdim. Kefikök idi…
Fru Alvinq. Eh, sən o vaxtları xatırlamazsan.
Osvald. Yaxşı xatırlayıram. O, məni dizinin üstünə alıb,
tənbəki çubuğu çəkməyə məcbur elədi. “Çək – dedi – balaca,
yaxşı-yaxşı çək.” Mən də o qədər çəkdim ki, sifətim ağardı,
alnımı tər basdı. Onda atam şaqqanaq çəkib güldü.
Pastor Manders. Hm… çox qəribədi.
Fru Alvinq. Osvald bunları yuxuda görüb.
Osvald. Yox, ana, heç də yuxuda görməmişəm. Hələ sonra –
doğrudanmı sənin yadından çıxıb? – sən gəlib məni uşaq otağına
apardın. Orada halım xarab oldu, sən isə ağladın… Atam belə
şeyləri tez-tez edirdi?
Pastor Manders. Atan cavanlığında çox zarafatcıl idi.
Osvald. Hər halda, çox şey eləyə bilib. Yaxşı, faydalı çox iş
görüb. Axı o, elə də çox ömür sürməyib.
Pastor Manders. Hə, əziz Osvald Alvinq, siz, həqiqətən,
işgüzar, ləyaqətli adamın varisisiz. Ümid edirik ki, belə bir örnək
sizi ruhlandıracaq.
Osvald. Ola bilsin, ruhlandırmalıdı.
Pastor Manders. Hər halda, onun xatirəsinə həsr olunmuş
təntənəli gündə evə qayıtmaqda gözəl iş görmüsüz.
Osvald. Atam üçün bundan artığını eləməyi bacarmamışam.
Fru Alvinq. Ən yaxşısı da odur ki, yanımda çox qalmağa
razılaşıb!
Pastor Manders. Hə, bütün qışı burada qalacağınızı eşitmişəm.

25
   20   21   22   23   24   25   26   27   28   29   30