Page 21 - 2-ci cild
P. 21
Henrik Èásen

nəzərdə tutulub, həm də ümid etmək olar ki, kasıbları himayə
etməkdə cəmiyyətə bir xeyli yardımı dəyəcək. Ancaq mən sizin
məsləhətçiniz olduğuma və müəssisənin bütün işini apardığıma
görə kilsənin təəssübkeşlərinin ən əvvəl mənim üstümə düşə-
cəyindən ehtiyat etməliyəm…

Fru Alvinq. Yox, siz özünüzü işə salmayın.
Pastor Manders. Hələ tanınmış qəzet və jurnalların mənim
haqqımda ağzına gələnləri yazacağını demirəm…
Fru Alvinq. Kifayətdir, əziz pastor Manders. Təkcə bu
mülahizələr məsələni həll eləyir.
Pastor Manders. Deməli, sığorta eləməyəcəksiniz?
Fru Alvinq. Yox. Bunun üstündən xətt çəkək.
Pastor Manders (stula yayxanır). Bəs nəsə bir bədbəxtlik
baş versə? Axı nə bilmək olar? Siz zərəri ödəyəcəksiz?
Fru Alvinq. Yox, bu başdan deyirəm ki, bunu öz üzərimə
götürmürəm.
Pastor Manders. Bilirsizmi, fru Alvinq, belə olan halda, biz
öz üzərimizə elə bir məsuliyyət götürürük ki, o barədə ciddi
fikirləşmək lazımdı.
Fru Alvinq. Sizcə, biz başqa cür hərəkət eləyə bilərikmi?
Pastor Manders. Yox, məsələ elə ondadı ki, yox. Arxamızca
ağızlarına gələnləri danışmamaları üçün kilsə əhlinə bəhanə
verməməliyik.
Fru Alvinq. Hər halda, bir pastor kimi sizə bunu etmək
olmaz.
Pastor Manders. Mənə də elə gəlir ki, Allahın nəzərinin
üstümüzdə olacağına, bu müəssisənin işlərinin yaxşı gedəcəyinə
ümid eləməliyik.
Fru Alvinq. Allaha təvəkkül, pastor Manders.
Pastor Manders. Deməli, bu cür saxlayaq?
Fru Alvinq. Hə, şübhəsiz.
Pastor Manders. Yaxşı. Siz deyən kimi olsun. (Yazır.)
Deməli, sığorta eləməmək.
Fru Alvinq. Ancaq sizin bu haqda məhz bu gün söhbət
salmağınız qəribədi…

21
   16   17   18   19   20   21   22   23   24   25   26