Page 17 - 2-ci cild
P. 17
Henrik Èásen
Regina. Mən? Hə, vaxtım olanda gedib dəyirəm…
Pastor Manders. Sizin atanız, yomfru Enqstran, elə də güclü
adam deyil. Mənəvi yardıma onun çox ehtiyacı var.
Regina. Bəli, bəli, sizinlə razıyam, elədi.
Pastor Manders. Fikrini qiymətləndirdiyi, sevdiyi bir adamın
yanında olması lazımdı. Axırıncı dəfə yanımda olanda açıq ürəklə
bunu mənə özü etiraf elədi.
Regina. Belə bir şeyi mənə də deyib. Ancaq fru Alvinqin
məndən ayrılmağa razı olacağını bilmirəm… Ələlxüsus də indi,
bu təzə yetimxana ilə bağlı işlərin çox olduğu vaxtda. Elə mən də
ondan heç ayrılmaq istəməzdim, çünki o, mənə qarşı həmişə
xeyirxah olub.
Pastor Manders. Lakin övlad borcu da var, mənim balam…
ancaq, təbii ki, əvvəlcə sizin xanımın razılığını almaq lazımdır.
Regina. Bir də heç bilmirəm, tək kişinin evində yaşamaq
mən yaşda qıza münasibdimi?
Pastor Manders. Necə? Mənim əzizim, axı söhbət sizin
doğma atanızdan gedir!
Regina. Elə olsa da… hər halda… Yox, bax əgər sevib
hörmət etdiyim…
Pastor Manders. Ancaq, əziz Regina…
Regina. …qızı kimi qulluğunda dura biləcəyim alicənab
adamın yanında yaşayası olsaydım…
Pastor Manders. Ancaq, mənim əziz balam…
Regina. …onda şəhərə sevinə-sevinə gedərdim. Bura çox
cansıxıcıdı, burada tək-tənhayam… axı cənab pastor tək yaşamağın
necə olduğunu yaxşı bilir. Cəsarət eləyib deyirəm ki, mən
çalışqanam, bacarıqlıyam. Cənab pastor mənim üçün münasib
bir yer bilirmi?
Pastor Manders. Mən? Yox, doğrusu, bilmirəm.
Regina. Ah, əziz cənab pastor… Sizdən xahiş eləyirəm, əgər
bir iş düşsə, məni nəzərə alasınız…
Pastor Manders (ayağa qalxır). Yaxşı, yaxşı, yomfru Enqstran.
Regina. …çünki mənə…
17