Page 15 - 2-ci cild
P. 15
Henrik Èásen

Regina. Mən elə iş tutmaram. Dənizçilərdə savoir vivre1
yoxdu.

Enqstran. Nə yoxdu?
Regina. Deyirəm, dənizçiləri tanıyıram. Elələrinə ərə getməyə
dəyməz.
Enqstran. Dəyməz, getmə də. Ərə getmədən də öz xeyrini
güdə bilərsən. (Səsini alçaldır.) Öz yaxtasında gələn o ingilis...
üç yüz speçiy-daler verdi… Ancaq anan heç də səndən gözəl
deyildi!
Regina. Rədd ol!
Enqstran (geri çəkilərək). Yaxşı-yaxşı, nədi, dalaşmaq
istəyirsən?
Regina. Hə! Əgər bir də anamın ruhuna toxunsan, doğrudan
da, vuraram! Get deyirəm sənə! (Onu bağa açılan qapıya tərəf
sıxışdırır.) Qapını da çırpma! Gənc ağa…
Enqstran. Yatır, bilirəm. Gənc ağanın böyür-başında yaman
çox dolanırsan! (Səsini alçaldır.) Ha-ha!.. Yoxsa torbada pişik
var…
Regina. Bu dəqiqə rədd ol! Başın xarab olub, boşboğaz!..
Oraya yox. Pastor gəlir. Arxa pilləkənlə!
Enqstran (sağa gedir). Yaxşı, yaxşı. Ancaq sən onunla danış.
Övladların öz atalarıyla necə rəftar etməli olduğunu o, sənə
deyər… Çünki, hər halda, mən sənin atanam. Kilsə dəftəriylə də
təsdiq edərəm. (Reginanın açdığı başqa qapıya tərəf gedir və
Regina qapını dərhal onun arxasınca örtür.)

İkinci şəkil

Regina tez özünə güzgüdə baxıb yaylıqla üzünü yelləyir və
boynundakı qalstukunu düzəldir. Sonra güllərin yanında qurdalanır.
Pastor Manders paltoda, əlində çətir və çiynində yol çantası,
bağ qapısından eyvana qalxır.

1 sавоир вивре – щяйат тяърцбяси (fр.)

15
   10   11   12   13   14   15   16   17   18   19   20