Page 13 - 2-ci cild
P. 13
Henrik Èásen
Regina (üzünü döndərib astadan). Ox!.. Bu ayağın da bir
yandan!..
Enqstran. Nə deyirsən, qızım?
Regina. Pied de mouton!1
Enqstran. İngiliscədi?
Regina. Hə.
Enqstran. Öyrətməyinə burada sənə hər şeyi öyrədiblər; bax
indi bu, sənə lazım ola bilər, Regina.
Regina (bir az susub). Şəhərdə mən sənin nəyinə lazımam?
Enqstran. Atandan soruşursan ki, yeganə qızı onun nəyinə
lazımdı? Məgər mən tək-tənha yaşayan dul kişi deyiləm?
Regina. Ax, boşla bu boş-boş sözləri! Orada nəyinə lazımam?
Enqstran. Bilirsən, yeni bir iş qurmaq fikrindəyəm.
Regina (hirslə donquldanır). Artıq bu, neçənci dəfədi, heç
biri də alınmayıb.
Enqstran. Ancaq bu dəfə görəcəksən, Regina! Lənət şeytana!
Regina (ayağını yerə döyür). Şeytanın adını çəkmə!
Enqstran. Sss… sss!.. Bunu çox doğru deyirsən, qızım, çox
doğru deyirsən. Mən demək istəyirdim ki, təzə yetimxanadakı
işdə yaxşı pul qazanmışam.
Regina. Qazanmısan? Halal xoşun olsun!
Enqstran. Bəs bu ucqarda pulu nəyə xərcləyəsən?
Regina. Nə eləmək istəyirsən?
Enqstran. Belə ki, bu pula qazanclı bir iş qurmaq istəyirəm.
Dənizçilər üçün yeməkxana kimi bir şey…
Regina. Tfu!
Enqstran. Qəşəng yeməkxana, başa düşürsən? Dənizçilər
üçün donuz damı yox, lənət şeytana! Kapitanlar, şturmanlar…
bir də ağalar üçün, başa düşürsən?
Regina. Mən də orada…
Enqstran. Hə, kömək eləyərdin. Elə-belə, ağır iş olmayacaq,
lənət şeytana, heç kim səni buyurmayacaq, çağırmayacaq, qızım!
İstədiyin kimi yaşayacaqsan.
1Pied de mouton – qoyunun ayağı (fr.)
13