Page 11 - 2-ci cild
P. 11
Henrik Èásen

Regina. Ayağını tappıldatma! Gənc ağa yuxarıda yatır.
Enqstran. Uzanıb yatır? Günün günortaçağı?
Regina. Bunun sənə dəxli yoxdu.
Enqstran. Dünən axşam çox içmişəm…
Regina. Təəccüblü şey deyil.
Enqstran. İnsanıq da, qızım…
Regina. Əlbəttə!
Enqstran. Bilirsən, bu dünyada adamı yoldan çıxaran çox
şey var!.. Ancaq mən, hər halda, saat altının yarısında durub
vicdanla işə başlamışam.
Regina. Yaxşı, yaxşı. Uzatma, tez də çıxıb get. Səninlə bura-
da çənə döymək istəmirəm.
Enqstran. Nəyi istəmirsən?
Regina. Kiminsə səni burada görməsini istəmirəm. Tez ol,
öz yolunla çıx get.
Enqstran (bir az da ona yaxınlaşır). Yox, səninlə söhbət
eləməmiş gedən deyiləm! Bilirsən, nahardan sonra aşağıda, mək-
təbdə işimi qurtarıb, gecə gəmiylə şəhərə, evə gedəcəyəm.
Regina (dilucu). Yaxşı yol!
Enqstran. Sağ ol, qızım! Sabah burada yetimxanaya xeyir-
dua verəcəklər, görünür, içkisiz keçməyəcək. Qoy heç kim Yakob
Enqstran haqqında deməsin ki, o, içki düşkünüdü!
Regina. Eh!
Enqstran. Hə, çünki sabah buraya, Allah bilir, nə qədər
hörmətli cənab gələcək. Pastor Mandersin də şəhərdən gələcəyi
gözlənilir.
Regina. O, bu gün gələcək.
Enqstran. Görürsən. Lənət şeytana, mən də haqqımda nəsə
deməyini istəmirəm, başa düşürsən?
Regina. Aydın oldu!
Enqstran. Nə?
Regina (Enqstranın gözünün içinə baxır). Nədir, yenə pastor
Mandersə sataşmaq istəyirsən?
Enqstran. Sss… sss… Dəli olmusan? Pastor Mandersə
sataşmaq? Mənə olan xeyirxahlığı qarşısında bu, lap ağ olardı.

11
   6   7   8   9   10   11   12   13   14   15   16